A

AT - Geotech MMC

Son tarix: 21 Oktyabr 2026

Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri

Logistika və TəchizatBakıTam Ştat21 Sentyabr 202689

800

Vakansiya haqqında

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək;
  • Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
  • Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək;
  • Fiziki anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq;
  • Məhsulların layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək;
  • Məhsul hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq;
  • SRF, PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri ilə müqayisə etmək;
  • Sistem və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları, eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək;
  • Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək;
  • Aparılan yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri hallarda aylıq hesabatlar hazırlamaq;
  • Yoxlama nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat vermək;
  • Anbar Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Anbar təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Ezamiyyətlərdə iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq;
  • MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı;
  • Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və punktuallıq;
  • Komanda idarəetmə və təşkilatçılıq bacarıqları.

Əmək şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • İş qrafiki: 5 günlük, 09:00–18:00
  • Əməkhaqqı: 800–1000 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar