AMASS MMC
Anbardar - AMASS MMC (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
AMASS Group komandamıza məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Anbardar axtarır.
Əsas vəzifə öhdəlikləri:
-
Anbara daxil olan və anbardan çıxan məhsulların qəbulu və təhvil verilməsini həyata keçirmək;
-
Məhsulların sayını, çeşidini və keyfiyyətini yoxlamaq;
-
Anbar uçotunun düzgün aparılmasını və sənədləşmənin təmin edilməsini həyata keçirmək;
-
Məhsulların düzgün yerləşdirilməsinə, saxlanılmasına və qorunmasına nəzarət etmək;
-
Anbarda mütəmadi inventarizasiya aparmaq və qalıqları yoxlamaq;
-
Anbar üzrə giriş-çıxış sənədlərini hazırlamaq və müvafiq hesabatlar təqdim etmək;
-
Anbarda nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər:
-
Orta ixtisas və ya ali təhsil;
-
Anbardar vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır;
-
Anbar uçotu və inventarizasiya qaydaları haqqında biliklər;
-
Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
-
Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
-
MS Excel və anbar uçotu proqramları üzrə biliklər arzuolunandır.
Müraciət etmək istəyən şəxslərdən [email protected] email adresinə CV göndərməyi xahiş olunur.
Oxşar vakansiyalar
İnzibati şöbə, Satınalma üzrə mütəxəssis
Express Bank • Bakı
Junior Procurement & Sourcing Specialist
BlackWell • Bakı
Kranlı Ateqo sürücüsü
Amper Elektrik • Bakı
Sürücü
Piramida Reklam MMC • Bakı
Sürücü
Bonamed mmc • Bakı
Sayıcı hesablayıcı
OBA marketlər şəbəkəsi • Bakı