A
Amper Elektrik
Anbardar köməkçisi
Müsahibə əsasında
Vakansiya haqqında
Əmək funksiyaları:
- Gündəlik olaraq anbar ərazisində təmizlik işlərinin aparılmasına, ümumi nizam-intizamın və iş proseslərinin düzgün təşkilinə nəzarət edir.
- Fəhlə və texniki heyət arasında gündəlik iş bölgüsünü həyata keçirir və işlərin icrasını koordinasiya edir.
- Gündəlik sifariş qaimələrini qəbul edir, aidiyyəti əməkdaşlar arasında bölüşdürür və sifarişlərin vaxtında, düzgün və xətasız icrasına nəzarət edir.
- Məhsulların qaimələrə uyğun yığılması, yoxlanılması, təhvili və nəqliyyat vasitələrinə düzgün yüklənməsini təmin edir.
- Yalnış yığılmış məhsulların yenidən yığılmasını təşkil edir və əməkdaşları məhsulların düzgün seçimi üzrə məlumatlandırır.
- Sifarişlərin icrası prosesində aidiyyəti şöbələr və satış menecerləri ilə koordinasiyalı işləyərək sifariş statusları barədə məlumat mübadiləsini təmin edir.
- Məhsulların təhvili zamanı təhvil-təslim sənədlərinin imzalanmasını, sürücü və nəqliyyat vasitələri üzrə məlumatların qeydiyyatını aparır.
- Təhvil verilmiş qaimələrin qəbulunu, saxlanılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin edir.
- Məhsulların qəbulu, çeşidlənməsi, yerləşdirilməsi və saxlanılmasının anbar standartlarına uyğun təşkilinə nəzarət edir.
- İstehsalat və ya satınalma üzrə daxil olan məhsulların qaimələrə uyğun qəbulunu təmin edir, fiziki göstəricilərlə sənəd məlumatlarının uyğunluğunu yoxlayır.
- Məhsullarda aşkar olunmuş uyğunsuzluqlar, çatışmazlıqlar və ya defektlər barədə hesabat hazırlayır və aidiyyəti şəxsləri məlumatlandırır.
- Daxil olan məhsullar barədə aidiyyəti şöbələrin məlumatlandırılmasını təmin edir.
- Dövri anbar sayımlarında iştirak edir, faktiki məhsul qalıqları ilə sistem məlumatlarının uyğunluğunu yoxlayır və nəticələrin hesabatlaşdırılmasını təmin edir.
- Məhsul çatışmazlığı və stok uyğunsuzluğu halları barədə rəhbərliyi operativ məlumatlandırır.
- Gündəlik sifarişlərin monitorinqini aparır və sifarişlərin icra vəziyyətinə nəzarət edir.
- Çıxış, qəbul və təhvil-təslim qaimələrinin işlənməsini, təsdiqini, qeydiyyatını və saxlanılmasını təmin edir.
- Məhsulların hərəkəti, sifariş statusları və sənədlərin 1C proqramı üzərindən qeydiyyatını aparır, məlumat bazasını yeniləyir və hesabatlılığı təmin edir.
- Anbar üzrə daxil olan ödənişlərin sistem üzərindən qəbulunu və uçotunu həyata keçirir.
- 1C proqramında yaranmış texniki problemlərin aradan qaldırılması üçün aidiyyəti şəxslərlə koordinasiyalı fəaliyyət göstərir.
- Birbaşa rəhbərin tələbi əsasında hesabatların hazırlanmasını və məlumat bazalarının idarə olunmasını həyata keçirir.
- Satınalma, satış, insan resursları və digər aidiyyəti şöbələrlə operativ əməkdaşlıq edir, anbar ehtiyaclarının vaxtında qarşılanmasına dəstək verir.
- Yeni işçilərin ilkin təlimatlandırılmasını həyata keçirir, məhsullar və iş prinsipləri barədə məlumat verir.
- İşçilərin iş qrafiki və məzuniyyət planlaması prosesində rəhbərliyə dəstək göstərir.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət edir.
- Birbaşa rəhbər tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirir.
Tələblər
- Təhsil tələbləri: texniki peşə təhsili
- Staja dair tələb: 1 il iş təcrübəsi
- Kompyüter biliklərinə dair tələblər: 1C-Üstünlükdür
- Sertifikat və lisenziyalar,Təlim - Məhsullar barədə məlumatlılıq təlimi
- Dil bilikləri: Azərbaycan dili
İxtisas səriştələri:
- Məsuliyyətlilik
- Diqqətlilik
- Səliqəlilik
- Operativlik
- Hesablama bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
B
Bugün
Anbardar
Bafco İnvest • Ağdam
Tam Ştat
830 ₼Müraciət et
K
Dünən
Anbar əməliyyatları üzrə operator
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Dünən
Gömrük rəsmiləşməsi üzrə mütəxəssis - Bəyannaməçi
PREMİUM BROKER AND LOGİSTİCS MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Dünən
Texnik təchizat
Azmerika MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
V
Dünən
Xarici logistika üzrə aparıcı mütəxəssis
Veysəloğlu-Rossmann • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
Sürücü / Ekspeditor
Caspian Textile MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et