Vakansiya haqqında
Veyseloglu Group of Companies Aparıcı Hüquqşünas vakansiyasını açıq elan edir
Vəzifə öhdəlikləri:
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələrin, razılaşdırmaların aparılması;
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
- Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
- Şirkətin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və / və ya onlara hüquqi rəy verilməsi;
- Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması (dəyişikliklərin edilməsi) və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
Tələblər:
- Ali hüquq təhsili;
- Şirkətlərdə və ya tənzimləyici – nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
- Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, gömrük, vergi, əmək, -antiinhisar, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyik biliyi və təcrübəsi; -İngilis, rus və / və ya türk dillərində ən azı sənədlərlə işləmək təcrübəsi və bacarığı;
- Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
- Komandada işləmək bacarığı.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftə içi)
- Nahar: Təmin edilir
- Rəqabətli əmək haqqı və mükafat sistemi.
- Peşəkar inkişaf imkanları və təlim proqramları.
- Müasir iş mühiti və layihələrdə iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı Hüquqşünas” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
F
Bugün
Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas
Ferrum Capital • Bakı
Tam Ştat
400 ₼Müraciət et
A
Bugün
Hüquq və İnsan resursları şöbəsi- Hüquqşünas
ADSEA Regional Su Meliorasiya Xidməti • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Dünən
Hüquqşünas
AZCD Group QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Dünən
ƏL/TMM üzrə ekspert
Golden Pay • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Dünən
Hüquqşünas (İcra işləri üzrə)
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
6 Oktyabr 2026
Hüquqi məsələlər departamentinin Qərarların Məcburi İcrası üzrə Kiçik mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et