A

Abşeron Logistika Mərkəzi

Son tarix: 22 İyul 2026

Aparıcı hüquqşünas

HüquqAbşeronTam Ştat22 İyun 202684

Müsahibə əsasında

Vakansiya haqqında

“Abşeron Logistika” MMC “Aparıcı hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyət istiqamətləri üzrə müxtəlif növ müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;
  • Dövlət orqanları, digər şəxs və qurumlardan tərəfindən daxil olan müraciətlərin, sorğuların, məktubların və digər sənədlərin hüquqi baxımdan araşdırılmasını və cavablandırılmasını təmin etmək;
  • Şirkətin daxili normativ sənədlərinin, qərarlarının, əmrlərinin, əsasnamələrinin, təlimatlarının və digər hüquqi sənədlərinin hazırlanmasında və hüquqi ekspertizasında iştirak etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda qanunvericiliyin tələblərinə dair rəy və arayışları hazırlamaq;
  • Struktur vahidlərə gündəlik fəaliyyətlərində hüquqi yardım və metodiki dəstək göstərmək;
  • Departamentin fəaliyyət istiqamətləri üzrə hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin hazırlanmasında və daimi olaraq yenilənməsində iştirak etmək;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər funksiyaları yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Mövcud sahə üzrə minimum 2 il iş təcrübəsi, (Korporativ hüquq təcrübəsi üstünlükdür)
  • Azərbaycan və Rus dillərində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis dilini bilmək üstünlükdür);.
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli; 1C-də iş bacarıqları olmalı.

Peşəkar tələblər:

  • Mülki, mülki-prosessual, əmək qanunvericiliyi və digər əlaqəli normativ-hüquqi aktları bilmək;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Hüquqi araşdırma və təhlil aparmaq bacarığı;
  • Təqdimat bacarığı;
  • Proses idarəçiliyi bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar