D
DO IT MMC
Aparıcı İT biznes analitiki
2000 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Müştəri ilə görüşlərin və ilkin tədqiqatların müstəqil aparılması, tələblərin toplanması, təhlili və formallaşdırılması.
- Biznes proseslərinin təhlili, AS-IS və TO-BE modellərinin hazırlanması, proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
- Həllərin layihələndirilməsi, funksional və qeyri-funksional tələblərin, biznes qaydalarının və qəbul meyarlarının müəyyən edilməsi.
- Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması.
- Texniki tapşırıqların hazırlanması, razılaşdırılması və icrasına nəzarət.
- Test ssenarilərinin hazırlanması, UAT prosesinin təşkili, tələblərə uyğunluğun yoxlanılması, uyğunsuzluqların sənədləşdirilməsi və dəyişiklik sorğularının idarə edilməsi.
- Müştəri və digər maraqlı tərəflər üçün təqdimatların keçirilməsi və həllərin nümayiş etdirilməsi.
- Proqramçılar, test mütəxəssisləri və müştərinin texniki komandası ilə qarşılıqlı əməkdaşlıq.
- Texniki heyət və sistemin son istifadəçiləri üçün təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi.
- Layihə və texniki sənədlərin hazırlanması.
- Tətbiq edilmiş sistemlər üzrə məsləhət və texniki dəstəyin göstərilməsi.
Tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: 3-5 il
- İnformasiya texnologiyaları, mühəndislik, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil.
- BPMN və UML notasiyalarından ən azı biri üzrə bilik və praktiki təcrübə.
- Korporativ informasiya sistemlərinin tətbiqi və ya hazırlanması layihələrində biznes analitiki kimi ən azı 3 illik iş təcrübəsi.
- Məntiqi, aydın və strukturlaşdırılmış analitik və texniki sənədlər hazırlamaq bacarığı.
- Microsoft Visio, ARIS və ya analoji modelləşdirmə alətləri ilə iş təcrübəsi.
- SQL üzrə praktiki biliklər; SOAP və REST API, JSON/XML strukturları və veb-servislərlə iş prinsipləri haqqında bilik.
- Korporativ informasiya sistemlərinin inteqrasiyası üzrə iş təcrübəsi; inteqrasiya tələblərinin, məlumat sahələrinin uyğunlaşdırılması (mapping), autentifikasiya və xəta ssenarilərinin hazırlanması, Swagger/OpenAPI və Postman ilə işləmək bacarığı.
- UAT prosesinin təşkili, tələblərin icrasının izlənməsi və dəyişiklik sorğularının idarə edilməsi üzrə təcrübə.
- Layihə və tapşırıq idarəetmə sistemləri ilə iş təcrübəsi (Bitrix24, Jira, Trello və s.).
- Agile/Scrum və Waterfall metodologiyalarının iş prinsipləri haqqında bilik və layihə təcrübəsi.
- Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət; ingilis dilində texniki sənədləri və API spesifikasiyalarını oxuyub anlamaq bacarığı.
- Yüksək ünsiyyət və təqdimat bacarıqları, məsuliyyətlilik, dəqiqlik və stresə davamlılıq.
- Analitik istiqamət üzrə işi müstəqil planlaşdırmaq, müştəri ilə effektiv ünsiyyət qurmaq və komandada işləmək bacarığı.
- Öyrənməyə və peşəkar inkişafa açıq olmaq.
Üstünlük hesab olunan bilik və təcrübə:
- Korporativ informasiya sistemlərinin, xüsusilə elektron sənəd dövriyyəsi və insan resurslarının idarə edilməsi sistemlərinin tətbiqi üzrə iş təcrübəsi;
- RSD (Rəqəmsal Sənəd Dövriyyəsi) sistemi ilə inteqrasiya üzrə iş təcrübəsi;
- Korporativ və low-code sistemlərdə iş axınlarının (workflow), sənəd kartlarının, biznes qaydalarının, rol və giriş hüquqlarının sazlanması üzrə iş təcrübəsi;
- Linux, Docker və Microsoft əməliyyat sistemləri haqqında biliklər;
Əmək şəraiti:
- Əmək haqqı: 2 000 -2 500 AZN (net), namizədin bilik və təcrübəsindən asılı olaraq;
- KPI-lərə çatdıqda rüblük bonus;
- İş qrafiki: bazar ertəsindən cüməyədək, saat 09:00-18:00;
- İş yeri: şəhər mərkəzi, Passage 1901, Nigar Rəfibəyli küçəsi 12;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı layihələr və peşəkar bacarıqları nümayiş etdirmək imkanı;
- Karyera və peşəkar inkişaf imkanları;
- Peşəkar təlimlərdə iştirak imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
İT idarəetməsi üzrə aparıcı mütəxəssis
Caspian Innovation Center • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Şəbəkə Əməliyyatları Mərkəzi (NOC) Mühəndisi
Caspian Innovation Center • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
Q
Bugün
QSS Analytics Təcrübə Proqramı - Data Science, Data Analytics, Machine Learning
QSS Analytics • Bakı
Təcrübə
—Müraciət et
A
Bugün
Senior System Administrator
AzInTelecom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Senior Storage Administrator
AzInTelecom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
L1 support engineer / Administrator assistant
SIP LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et