C

Caspian Innovation Center

Son tarix: 28 Avqust 2026

Şəbəkə Əməliyyatları Mərkəzi (NOC) Mühəndisi

İnformasiya TexnologiyalarıBakıTəcrübə28 İyul 202672

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə haqqında

  • Şəbəkə, informasiya təhlükəsizliyi, server və səs (voice) infrastrukturunun fasiləsiz fəaliyyətinin daxili monitorinq platforması vasitəsilə izlənilməsi, insidentlərin operativ müəyyən edilməsi, prioritetləşdirilməsi və eskalasiyasını həyata keçirəcək Şəbəkə Əməliyyatları Mərkəzi (NOC) Mühəndisi axtarırıq.Bu vəzifə şəbəkədə yaranan nasazlıqların və xidmət keyfiyyətinin azalmasının vaxtında aşkarlanması, insident və dəyişiklik qeydlərinin düzgün aparılması, problemlərin operativ həllinə dəstək göstərilməsi və oxşar halların təkrarlanmasının qarşısının alınmasında əsas rol oynayır.

Vəzifə öhdəlikləri:

  • Şəbəkə topologiyası xəritəsi vasitəsilə bütün obyektlər üzrə şəbəkə qurğularının (kommutatorlar, marşrutlaşdırıcılar, təhlükəsizlik divarları, simsiz şəbəkə nəzarətçiləri və rabitə kanalları) vəziyyətini və əlçatanlığını davamlı izləmək, nasazlıq və ya xidmətin zəifləməsi barədə xəbərdarlıqlara müəyyən edilmiş xidmət səviyyəsi (SLA) çərçivəsində reaksiya vermək;
  • Mərkəzləşdirilmiş monitorinq panelində yaranan xəbərdarlıqları qəbul etmək, ilkin təhlil aparmaq, prioritetləşdirmək və eskalasiya siyasətinə uyğun olaraq aidiyyəti komandaya yönləndirmək;
  • Bir obyekt üzrə eyni səbəbdən yaranan çoxsaylı nasazlıqları vahid insident kimi qruplaşdırmaq və idarə etmək;
  • Mərkəzləşdirilmiş jurnal (Syslog) platforması vasitəsilə Cisco şəbəkə avadanlıqlarında baş verən hadisələri təhlil edərək nasazlığın əsas səbəbini müəyyənləşdirmək;
  • Cisco DNA Center vasitəsilə idarə olunan şəbəkə qurğularının vəziyyətini, əlaqəsini və yerləşməsini izləmək;
  • Şəbəkə avadanlıqlarının konfiqurasiya ehtiyat nüsxələrinin yaradılmasını və uyğunluğunu yoxlamaq, icazəsiz konfiqurasiya dəyişikliklərini müəyyən etmək;
  • Palo Alto və Fortinet təhlükəsizlik divarlarının, F5 yük balanslaşdırıcılarının və VPN tunellərinin vəziyyətini və trafikini izləmək, yaranan insidentlərə operativ reaksiya vermək;
  • PRTG monitorinq sistemi əsasında formalaşdırılmış infrastruktur panelini izləmək;
  • IP ünvanlarının idarə olunması (IPAM) sistemində ünvan bölgüsünü və istifadəsini izləmək, nasazlıqların aradan qaldırılması və yeni xidmətlərin təqdim olunmasına dəstək vermək;
  • Səs rabitəsi infrastrukturunun (PBX, IP-DA şkafları, VoIP şlüzləri) vəziyyətini izləmək və səs xidmətlərində yaranan problemlərin araşdırılması zamanı zəng qeydlərini təhlil etmək;
  • VMware vSphere virtual server mühitində host və virtual maşınların vəziyyətini izləmək;
  • İnsidentləri və dəyişiklik sorğularını ITSM sistemi vasitəsilə qeydiyyata almaq, yeniləmək və izləmək, növbə təhvil-təslimi zamanı tam və dəqiq məlumat təqdim etmək;
  • Fiziki bağlantılarla bağlı problemlərin diaqnostikası zamanı avadanlıq, rəf və kabel sxemləri üzrə sənədlərdən istifadə etmək;
  • Mövcud əməliyyat təlimatlarına (runbook) və eskalasiya prosedurlarına riayət etmək, zərurət yarandıqda onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Növbətçilik (on-call) qrafikində iştirak etmək və genişmiqyaslı insidentlər zamanı maraqlı tərəfləri operativ məlumatlandırmaq.

Tələblər:

  • İnformasiya texnologiyaları, kompüter elmləri, telekommunikasiya və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • NOC, Help Desk, şəbəkə əməliyyatları və ya əlaqəli sahədə minimum 1–2 il iş təcrübəsi (və ya ekvivalent təcrübə və ya təcrübə proqramında iştirak);
  • TCP/IP şəbəkə texnologiyaları, marşrutlaşdırma (Routing), kommutasiya (Switching), VLAN, DNS və DHCP üzrə əsas biliklər;
  • Təhlükəsizlik divarları (Firewall), VPN və simsiz şəbəkələr üzrə baza bilikləri;
  • Monitorinq sistemləri və insidentlərin idarə olunması platformaları ilə işləmək bacarığı;
  • Linux və Windows əməliyyat sistemlərinin inzibatçılığı üzrə baza bilikləri;
  • Növbəli iş rejimində, o cümlədən gecə növbələrində, həftə sonları və bayram günlərində işləməyə hazır olmaq;
  • İnsidentlərin sənədləşdirilməsi və növbə təhvil-təslimi üçün güclü yazılı ünsiyyət bacarığı.

Üstünlük hesab olunur

  • CCNA və ya ekvivalent sertifikatın mövcudluğu və ya bu sertifikatın əldə olunması istiqamətində hazırlıq;
  • ITIL Foundation sertifikatı və ya insident və dəyişikliklərin idarə olunması sahəsində biliklər;
  • Cisco DNA Center, Palo Alto, Fortinet, F5 Load Balancer və VMware vSphere platformaları ilə iş təcrübəsi;
  • OpenSearch, Elasticsearch, Grafana, PRTG və ya oxşar monitorinq və jurnal platformaları üzrə biliklər;
  • VoIP və PBX sistemləri ilə iş təcrübəsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar