A
Akabe İnşaat
Aparıcı Mühasib
1000 ₼
Vakansiya haqqında
İşin təsviri
- Alqı-satqı və xidmət müqavilələrinin hazırlanması;
- Əlavə dəyər vergisinin (ƏDV) hesablanması, tərtibi və ödənilməsi;
- Köhnə və yeni dövr üzrə əvəzləşmələrin aparılması;
- Mənfəət bəyannaməsinin hazırlanması prosesində iştirak etmək;
- Rəhbərliyə aylıq hesabatların təqdim edilməsi (P&L, Balance Sheet);
- Statistika hesabatlarının hazırlanması və göndərilməsi;
- Təhvil-təslim aktlarının hazırlanması;
- Qiymətin razılaşdırma protokolunun hazırlanması;
- Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması;
- Bank vasitəsilə onlayn ödənişlərin həyata keçirilməsi;
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlanması (Vahid bəyannamə);
- Ödəmə mənbəyində tutulan vergilərin (ÖMV) hesablanması, tərtibi və ödənilməsi;
- Aylıq əmək haqqının hesablanması;
- Məzuniyyət və son haqq-hesabın hesablanması;
- Debitor və kreditor borclarının uçotu və nəzarəti.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- İstirahət günləri: Şənbə – Bazar;
- Əmək haqqı: 1000–1500 AZN;
- İş yeri: Bakı şəhəri, Nəcəf Nərimanov 4.
Tələblər
- Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 (üç) il;
- Proqram bilikləri: 1C və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək;
- Qeyd: MS Excel biliyi mütləq yoxlanılacaq;
- Aktiv və çalışqan olmaq, komanda ilə işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik;
- Vergi Məcəlləsi və mühasibat uçotu sahəsində biliklər;
- Səlis Azərbaycan dili biliyi;
- Rus dili biliyi arzuolunandır.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Subject/Mövzu: “Aparıcı Mühasib”
Əlaqə: (+994) 55-229-55-07
Qeyd: Namizədlərdən xahiş olunur ki, vakansiyanın tələbləri ilə diqqətlə tanış olduqdan sonra CV-lərini qeyd olunan ünvana göndərsinlər.
Peşəkar komandamıza qoşulmaq üçün müraciətinizi gözləyirik!
Oxşar vakansiyalar
A
Bugün
Mühasib köməkçisi
Azerbaijan Poultry Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Əsas Vəsaitlər və İnventar üzrə Kiçik Mühasib
Norm OJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Kreditlərə Nəzarət departamentinin EXS və Risk Monitorinq qrupu üzrə Kiçik Mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Maliyyə Risklərinin İdarə Edilməsi Departamentinin Direktoru
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Dünən
Mühasib
Emsan • Bakı
Təcrübə
900 ₼Müraciət et
S
Dünən
Mühasib
Strata • Bakı
Tam Ştat
1500 ₼Müraciət et