P

PASHA Bank

Son tarix: 21 Sentyabr 2026

Maliyyə Risklərinin İdarə Edilməsi Departamentinin Direktoru

Maliyyə və MühasibatlıqBakıTam Ştat21 Avqust 202680

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Bankda kredit, bazar, likvidlik və digər maliyyə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, ölçülməsi, izlənilməsi, idarə olunması və hesabatlılığı üzrə müvafiq çərçivənin tətbiqini təmin etmək.
  • Kredit, bazar, likvidlik və digər maliyyə risklərinin idarə edilməsi üzrə siyasət, metodologiya, daxili qayda və prosedurların hazırlanmasını və mütəmadi yenilənməsini, onların Bankın ümumi risk idarəetmə çərçivəsinə uyğunluğunu təmin etmək.
  • Maliyyə risklərinin idarə edilməsi üzrə Mərkəzi Bankın normativ hüquqi aktlarından, Bankın daxili sənədlərindən və digər tətbiq olunan tələblərdən irəli gələn öhdəliklərin icrasına nəzarət etmək.
  • Risk İştahası Bəyannaməsində maliyyə risklərinə aid metriklər və onların hədləri üzrə təkliflərin hazırlanmasını, həmin metriklər üzrə göstəricilərin izlənilməsini, habelə Risk Sağlamlıq İndeksinin maliyyə risklərinə aid göstəriciləri üzrə məlumatların toplanmasını, təhlilini və müəyyən edilmiş dövrilikdə ERM şöbəsinə təqdim edilməsini, kənarlaşmaların risk sahibləri ilə müzakirəsini və vaxtında eskalasiyasını təmin etmək.
  • Kredit portfelinin müştəri, seqment, məhsul, sektor, valyuta, təminat, konsentrasiya və digər risk amilləri üzrə təhlilini, kredit risk səviyyəsinin və tendensiyalarının izlənilməsini və risklərin azaldılması üzrə təkliflərin hazırlanmasını təmin etmək.
  • Bankın kredit risk siyasətinə və risk iştahasına uyğun fəaliyyətinin izlənilməsini, kredit riskləri üzrə limit və erkən xəbərdarlıq göstəricilərinin müəyyən edilməsini və nəzərdən keçirilməsini, habelə kreditləşmə prosesləri, məhsulları və qərarvermə mexanizmləri üzrə müstəqil risk rəylərinin verilməsini təmin etmək.
  • Kredit portfeli və digər aidiyyəti maliyyə aktivləri üzrə IFRS 9 və requlyativ ehtiyatların qüvvədə olan tələblərə uyğun hesablanmasını, nəticələrin təhlilini və ehtiyatların risk səviyyəsini adekvat şəkildə əks etdirməsinin qiymətləndirilməsini təmin etmək.
  • Bankın balans üzrə faiz dərəcəsi, likvidlik, valyuta və ticarət kitabı risklərinin müəyyən edilməsi, müstəqil ölçülməsi, təhlili və izlənilməsini, müvafiq limit və risk göstəricilərinin müəyyən edilməsini və limit pozuntularının vaxtında eskalasiyasını təmin etmək.
  • Maliyyə institutlarının və avrobond emitentlərinin kredit riskinin, ölkə riskinin və investisiya portfelinin kredit, bazar, likvidlik və konsentrasiya risklərinin qiymətləndirilməsini və izlənilməsini, investisiya qərarları üzrə müstəqil risk rəylərinin verilməsini təmin etmək.
  • Qiymətli kağızlar və törəmə maliyyə alətlərinin müstəqil qiymətləndirilməsini, maliyyə hesablamalarının və bazar göstəricilərinin düzgünlüyünün yoxlanılmasını və aidiyyəti əməliyyatlar üzrə risk rəylərinin verilməsini təmin etmək.
  • Maliyyə risklərinin ölçülməsi, kredit qərarverməsi və digər risk prosesləri üçün metodologiyaların, hesablama alətlərinin, modellərin və rəqəmsal həllərin hazırlanmasını, tətbiqini və avtomatlaşdırılmasını, o cümlədən kredit, qiymətli kağız, pul bazarı portfeli, nostro hesabları və digər maliyyə aktivləri üzrə IFRS 9 və requlyativ ehtiyatların hesablanması proseslərinin inkişaf etdirilməsini və hazırlanmış rəqəmsal həllərin keyfiyyətinin yoxlanılmasını təmin etmək.
  • Departament tərəfindən hazırlanmış modellərin fəaliyyətinin mütəmadi nəzərdən keçirilməsini, back-testing və kalibrasiya işlərinin aparılmasını, modellərin müstəqil validasiya üçün Model Risklərinin İdarə Edilməsi və Validasiyası şöbəsinə təqdim edilməsini və validasiya nəticələri üzrə razılaşdırılmış tədbirlərin icra statusunun izlənilməsini təmin etmək.
  • Bankın risk profilinə uyğun stress-test çərçivəsinin, proqramının, siyasətinin, metodologiyalarının və modellərinin hazırlanmasını, tətbiqini və mütəmadi yenilənməsini təmin etmək.
  • Kredit, bazar və likvidlik riskləri üzrə “top-down”, “bottom-up”, növbədənkənar, həssaslıq və əks stress-testlər üçün ssenarilərin, risk amillərinin, şokların və əsas fərziyyələrin hazırlanmasını və stress-testlərin keçirilməsini; əməliyyat və digər qeyri-maliyyə riskləri üzrə isə aidiyyəti struktur tərəfindən təqdim edilmiş ssenari, məlumat və ekspert qiymətləndirmələri əsasında müvafiq hesablamaların aparılmasını təmin etmək, konsolidasiya edilmiş nəticələrin Bankın kapitalına, likvidliyinə, gəlirliliyinə, aktivlərinin keyfiyyətinə və digər maliyyə göstəricilərinə təsirini qiymətləndirmək.
  • Stress-test nəticələrinin Risk İştahası Bəyannaməsi, ICAAP, ILAAP, büdcə və maliyyə planlaşdırılması, strategiya, fövqəladə hallar, bərpa və rezolyusiya planlaşdırması proseslərində nəzərə alınması üçün aidiyyəti strukturlara təqdim edilməsini və nəticələr üzrə zəruri tədbirlər planlarının hazırlanmasını təmin etmək.
  • Maliyyə risklərinin Bankın kapitalına, likvidliyinə, gəlirliliyinə, aktivlərinin keyfiyyətinə və ümumi maliyyə dayanıqlığına təsirinin təhlilini, düzgün, dolğun və vaxtında hesabatların hazırlanaraq İdarə Heyətinə, Risklərin İdarə Edilməsi Komitəsinə, Müşahidə Şurasına, Mərkəzi Banka və digər aidiyyəti tərəflərə təqdim edilməsini, habelə əhəmiyyətli risklərin və limit pozuntularının vaxtında eskalasiyasını təmin etmək.
  • Maliyyə risklərinin idarə edilməsi sahəsində normativ dəyişiklikləri, makroiqtisadi və maliyyə bazarındakı inkişafları, yaranmaqda olan riskləri və beynəlxalq qabaqcıl təcrübələri izləmək, onların Bankın risk profilinə təsirini qiymətləndirmək, Bankdaxili komitə, işçi qrup, layihə və strateji təşəbbüslərdə departamenti təmsil etmək və müstəqil risk rəyi bildirmək.
  • ERM, Model Risklərinin İdarə Edilməsi və Validasiyası, biznes strukturları, Xəzinədarlıq, Maliyyə və mühasibatlıq, Daxili Nəzarət, Daxili Audit və digər aidiyyəti funksiyalarla effektiv əməkdaşlığı təmin etməklə ikinci müdafiə xəttinin müstəqilliyini və obyektivliyini qorumaq.
  • Kredit Risklərinin İdarə Edilməsi, Bazar və Likvidlik Risklərinin İdarə Edilməsi, Risk Mühəndisliyi və Stress Test şöbələrinin fəaliyyətini təşkil və koordinasiya etmək, fəaliyyət planını, büdcəsini və resurs ehtiyaclarını müəyyən etmək, fəaliyyət göstəricilərinin və hədəflərin icrasını izləmək və şöbələr arasında effektiv əməkdaşlığı təmin etmək.
  • Birbaşa tabeliyində olan rəhbər və əməkdaşlar arasında vəzifə və məsuliyyət bölgüsünü aparmaq, onların fəaliyyətini istiqamətləndirmək, qiymətləndirmək və peşəkar inkişafını təmin etmək.
  • Departamentin fəaliyyəti çərçivəsində məlumatların məxfiliyini, bütövlüyünü və düzgünlüyünü təmin etmək, Bankın daxili qayda, siyasət, proses və təlimatlarına əməl etmək, müəyyən edilmiş yarımillik və illik hədəflərin icrasını təmin etmək və birbaşa rəhbər tərəfindən vəzifənin funksional istiqamətinə və səlahiyyətlərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Magistr təhsili.
  • İş təcrübəsi: Bank, maliyyə risklərinin idarə edilməsi, kredit riskləri, bazar və likvidlik riskləri, risk modelləşdirilməsi və ya digər əlaqəli sahələrdə minimum 10 il, o cümlədən minimum 4 il idarəçilik təcrübəsi.
  • Lisenziya/ Sertifikat: FRM, CFA, PRM və ya maliyyə risklərinin idarə edilməsi ilə əlaqəli digər beynəlxalq sertifikatlara üstünlük verilir.
  • Xarici dil: İngilis dili, Rus dili
  • Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; statistik təhlil, risk modelləşdirilməsi, məlumatların emalı və vizuallaşdırılması alətləri ilə işləmək bacarığına üstünlük verilir.
  • Məhsul üzrə biliklər: Bankın kredit, depozit, xəzinədarlıq, investisiya və digər maliyyə məhsulları, prosesləri və istifadə olunan əsas informasiya sistemləri üzrə geniş bilik.
  • Bazar üzrə biliklər: Maliyyə bazarları, bank sektoru, makroiqtisadi göstəricilər, yerli tənzimləyici tələblər, Basel standartları, IFRS 9 və maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübələrə dair geniş bilik.
  • Başqa tələblər: Strateji və analitik düşünmə, mürəkkəb maliyyə məlumatlarını təhlil etmə, liderlik, qərarvermə, dəyişikliklərin idarə edilməsi, effektiv kommunikasiya, danışıqlar aparma, maraqlı tərəflərin idarə edilməsi və yüksək səviyyəli hesabatların təqdim edilməsi bacarıqları.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar