A

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Son tarix: 15 İyul 2026

Aparıcı sistem inzibatçısı

İnformasiya TexnologiyalarıBakıTam Ştat29 İyun 2026171

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur bölmənin adı

  • İnformasiya texnologiyaları əməliyyatları departamenti, Ödəniş sistemlərinin təminatı şöbəsi, Ödəniş sistemlərinə dəstək bölməsi

Vəzifənin funksiyaları:

  • Ödəniş sistemlərinin iştirakçılarının Mərkəzi Bankın ödəniş sistemləri ilə inteqrasiya işlərinə texniki dəstəyin göstərilməsi;
  • Yeni iştirakçıların və ya sistem modullarının test mühitində sınaqlarının həyata keçirilməsi;
  • Yeni versiyaların yoxlanılması və istifadəyə verilmədən əvvəl təsdiq proseslərinin həyata keçirilməsi;
  • Ödəniş sistemlərinin iştirakçılarından daxil olan texniki sorğuların, dəstək müraciətlərinin və problemlərin qeydiyyatının, təhlilinin və icrasının təmin edilməsi;
  • Ödəniş sistemləri ilə Mərkəzi Bankın digər informasiya sistemləri arasında inteqrasiya və məlumat mübadiləsinin təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi;

Təcrübə

  • Müvafiq sahədə 3 illik iş təcrübəsi tələb olunur. 

Təhsil

  • İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı

  • Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur.

Kompüter bacarıqları

  • Ödəniş sistemləri ilə iş təcrübəsi (AÖS, AZIPS, XÖHKS, SWIFT, HÖP) tələb olunur
  • Bu sistemlərin iş prinsiplərinin anlaşılması və onlara inteqrasiya təcrübəsi tələb olunur
  • ISO-20022 və SWIFT MT formatları üzrə biliklər tələb olunur
  • REST API və SOAP veb-xidmətlərinin iş prinsiplərinin anlaşılması tələb olunur
  • SQL üzrə baza bilikləri tələb olunur
  • Biznes tətbiqlərinin quraşdırılması, konfiqurasiyası, idarə edilməsi və texniki problemlərin həlli sahəsində təcrübə tələb olunur
  • Yeni həllərin inteqrasiyası, test edilməsi və texniki sənədlərin tərtib olunması üzrə biliklər tələb olunur.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Oxşar vakansiyalar