B
Business Insight International Research Group
Loyalty Program Data Analyst
Müsahibə əsasında
Vakansiya haqqında
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyalty Program Data Analyst” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
- Kişi və ya xanım namizədlər;
- Ali təhsil (İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisas üzrə);
- Yaş həddi: 22-35;
- Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
- Müvafiq sahədə ən azı 2 illik təcrübə;
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Excel bilikləri yüksək səviyyədə olmalıdır;
- Phyton və SQL bilikləri də üstünlükdür.
İş öhdəlikləri:
- Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
- Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
- Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili.
- Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi.
- Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
- Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması.
- Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş.
- Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Loyalty Program Data Analyst” başlığı altında göndərə bilərlər.
Oxşar vakansiyalar
B
Bugün
Araşdırma Statistika (Anket – Rəy sorğularının keçirilməsi) və Analitika Şöbəsi üzrə Layihə Meneceri
Business Insight International Research Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Aparıcı sistem inzibatçısı (Postgresql üzrə, iş müvəqqəti xarakter daşıyır)
Azərbaycan Respublikasının Mərkəzi Bankı • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Aparıcı sistem inzibatçısı
Azərbaycan Respublikasının Mərkəzi Bankı • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
25 İyun 2026
Middle .NET Backend Developer
Frazex • Babək
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
25 İyun 2026
ERP və Biznes Prosesləri üzrə Mütəxəssis
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
25 İyun 2026
Son istifadəçilərə dəstək şöbəsinin İnfrastruktur və Biznes sistemləri istiqamətinin Mütəxəssisi
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et