A

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Son tarix: 14 Avqust 2026

Aparıcı təhlükəsizlik inzibatçısı

İnformasiya TexnologiyalarıBakıTam Ştat7 Avqust 202664

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur bölmənin adı - İnformasiya Təhlükəsizliyi, Kibertəhlükəsizlik və Rəqəmsal Fırıldaqçılıqla Mübarizə Departamenti / İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi 

Vəzifənin funksiyaları:

  • İnformasiya təhlükəsizliyi həllərinin idarə edilməsi, konfiqurasiyası və optimallaşdırılmasını həyata keçirir;
  • Bank sistemləri, serverlər və şəbəkə avadanlıqları üçün sərtləşdirilmiş təhlükəsizlik qaydalarının (hardening) hazırlanmasını təmin edir;
  • Təhdidlərin qarşısını almaq məqsədilə qabaqlayıcı texniki tədbirlərin (konfiqurasiya dəyişiklikləri, şəbəkə zonalaşdırılması və s.) həyata keçirilməsini təmin edir;
  • İnformasiya texnologiyaları ilə əlaqəli sistem və şəbəkələrin sərtləşdirilmiş təhlükəsizlik tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir;
  • Kritik şəbəkə və təhlükəsizlik avadanlıqlarında (firewall, router, switch və s.) həyata keçirilən dəyişikliklərin təhlükəsizlik baxımından monitorinqini aparır və təhlükəsiz konfiqurasiyaların təsdiqində iştirak edir (idarəetmə funksiyası istisna olmaqla);
  • Bankda informasiya resurslarının qorunması, informasiyanın emalı proseslərinin təhlükəsizliyinin təmin edilməsi və informasiya sistemlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması məqsədilə müasir texnoloji həlləri araşdırır, yeni təhdidlərə qarşı beynəlxalq təcrübəni öyrənir və müvafiq təkliflər hazırlayır;
  • Müdaxilə testləri və təhlükəsizlik qiymətləndirmələri nəticəsində aşkar edilmiş zəifliklərin aradan qaldırılması üçün texniki həllər hazırlayır və icra prosesində iştirak edir;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin araşdırılması və aradan qaldırılması üzrə tədbirlərdə iştirak edir;
  • Fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə fövqəladə hallar üzrə qabaqlayıcı tədbirlərin planlaşdırılması və tətbiqində, həmçinin hadisələr zamanı müvafiq tədbirlərin icrasında iştirak edir;
  • Təsnifləşdirilmiş informasiyanın qorunması üzrə təhlükəsizlik tədbirlərinin icrasını təmin edir;

Texniki kompetensiyalar

  • Antivirus və EDR/XDR sistemləri ilə işləmək bacarığı
  • Məlumatların tamlığının monitorinq edilməsi (FİM)
  • Məlumat sızıntısının qarşısının alınması (DLP)
  • Səlahiyyətli giriş hüquqlarına nəzarət (PİM/PAM)
  • OTP və MFA sistemləri ilə iş təcrübəsi
  • E-mail təhlükəsizlik alətləri ilə işləmə bacarığı
  • DNS Təhlükəsizliyi ilə iş təcrübəsi
  • WAF sistemləri ilə işləmə bacarığı
  • Zəifliklərin  idarəedilməsi sistemləri ilə iş təcrübəsi
  • Şəbəkə bilikləri

​​​​​​​Təcrübə

  • İT və ya informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsinin 3 ildən az olmaması tələb olunur.

​​​​​​​Təhsil

  • Ali təhsil tələb olunur.

​​​​​​​Dil bacarığı

  • Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur. 

Kompüter bacarıqları

  • MS Office proqramları tələb olunur
  • Windows və Linux əməliyyat sistemində işləmə bacarığı tələb olunur

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar