I

Iktex

Son tarix: 7 Sentyabr 2026

Kiçik Data Analitik (Junior data analyst)

İnformasiya TexnologiyalarıBakıTam Ştat7 Avqust 2026196

800

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili;
  • Müxtəlif sistemlərdən məlumatların toplanması, təmizlənməsi və analiz olunmasında iştirak etmək
  • Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası; 
  • Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması; 
  • Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması; 
  • Texniki və analitik dokumentasiyaların hazırlanmasına dəstək olmaq;
  • Məlumat keyfiyyəti yoxlamaları aparmaq və uyğunsuzluqları müəyyən etmək;
  • Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək

Tələblər: 

  • Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə);
  • Hərbi mükəlləfiyyətli. (Yaşı 29-dan çox olmayan);
  • Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı;
  • Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür;
  • Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili;
  • Xarici dil bilikləri arzuolunandır.

Səriştələr:

  • Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;
  • İnkişafa yönümlü və innovativ;
  • Operativlik və çeviklik;
  • Komandada işləmək bacarığı;
  • Nəticə yönümlü.

​​​​​​​Üstünlüklərimiz:

  • Peşakar komandada işləmək imkanı;
  • Yeni işçinin təlimləndirilməsi;
  • Ölkədaxili və xarici təlimlərdə iştirak;
  • Şirkət tərəfindən nahar;
  • Karyera inkişafı.

​​​​​​​Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 800-1300 AZN)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar