Z

Zeytun Pharmaceuticals

Son tarix: 22 Noyabr 2026

Aptek müdiri - Zeytun Pharmaceuticals (Bakı, 2026)

Səhiyyə və TibbBakıTam Ştat22 Oktyabr 202647

800 ₼

Vakansiya haqqında

Tələblər:

  • Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • 1C proqram biliyi arzuolunandır;
  • İşində dəqiq və məsuliyyətli olmalıdır.

Vəzifə funksiyaları: 

  • İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;
  • Aptekdə dərmanların iadəsinə nəzarət;
  • Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
  • Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;
  • Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;
  • Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;
  • Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;
  • Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
  • Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək;
  • Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
  • Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək;
  • Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;
  • Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.

İş şəraiti:

  • İş qrafiki: 09:00 -18:00
  • Əmək haqqı: 800 - 850 AZN + Bonus sistemi mövcuddur.

Əlavə suallar üçün 050-253-01-59, 050-253-01-52 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Aptek müdiri qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar