B

BioHerbal Baku MMC Orzax Azərbaycan

Son tarix: 8 Oktyabr 2026

Aptek satış nümayəndəsi (Bakı / Sumqayıt - Abşeron ray.)

Marketinq və SatışBakıTam Ştat9 Sentyabr 202648

700

Vakansiya haqqında

Aptek satış nümayəndəsi (Bakı) / Aptek satış nümayəndəsi (Sumqayıt- Abşeron ray.)

2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur. 10 ildən çox təcrübəmizlə biz, dünyanın aparıcı istehsalçılarının yüksək keyfiyyətli vitaminləri, qida əlavələri, tibbi və kosmetoloji vasitələrini ölkəmizə gətirərək yerli bazarda etibarlı təchizat zənciri formalaşdırmışıq.

Biz sadəcə idxal və məhsulların paylanması ilə kifayətlənmirik, eyni zamanda təmsil etdiyimiz beynəlxalq brendlərin ORZAX, MOSSİ, IYON, SHINIQ, DAY2DAY və digər qlobal markaların Azərbaycanda tam hüquqlu rəsmiləşdirilməsi, strateji marketinqi və PR işlərinin təşkilində dərin təcrübəyə malikik. Azərbaycanda kateqoriya inkişafında mühüm rol oynayan brend olaraq ölkənin böyük aptek şəbəkələri və qabaqcıl xəstəxanaları ilə sıx əməkdaşlığımız sayəsində məhsulların hər bir istehlakçıya vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edirik. 

BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq.

Vəzifənin məqsədi

  • Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
  • Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
  • Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
  • Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
  • Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
  • Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
  • Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
  • Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Namizədə tələblər

  • Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
  • Minimum 2 il  OTC sahəsində təcrübə 

Digər tələblər:

  • Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
  • Səyyar iş rejiminə uyğunluq
  • Satış sahəsində yüksək, peşəkar bacarıq
  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
  • Yaş aralığı: 25 - 40

İş rejimi: 09:00-18:00  I-V gün Tam ştat (sahə işi)

Təklif etdiklərimiz 

  • 700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) 
  • Premya sistemi
  • Qidalanma  kartı
  • Yol xərci , avtomobil varsa yanacaq kartı
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Mövzü hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Oxşar vakansiyalar