A
Azera Holding
Satış üzrə mütəxəssis
500 ₼
Vakansiya haqqında
“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “KATAN Tekstil” MMC Satış üzrə mütəxəssis axtarır.
Əsas vəzifələr
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmalarının aparılması;
- Aylıq və illik satış planlarının icrasını təmin etmək;
- Satış göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq;
- Tekstil məhsullarının texniki xüsusiyyətləri və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək;
- Məhsul təqdimatları keçirmək və kommersiya təklifləri hazırlamaq;
- Müştərilərlə qiymət, təchizat və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
- Müştəri məmnuniyyətini təmin etmək, daxil olan müraciət və şikayətləri operativ şəkildə həll etmək;
- İstehsalat, logistika və marketinq şöbələri ilə koordinasiyalı əməkdaşlıq etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə dair tələblər
- İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Satış və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərində ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı;
- Outlook və 1C proqramlarında işləmək bacarığı;
- Excel proqramında Pivot cədvəllər və satış analizləri hazırlamaq bacarığı;
- Google Analytics biliyi üstünlükdür;
- Salesforce Certified Sales Professional və HubSpot Sales Certification sertifikatlarının olması üstünlükdür;
- Analitik düşünmə, yüksək ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətli və nəticəyönümlü olmaq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
- Əmək haqqı: 500 AZN + satış bonusu
- Əmək müqaviləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
- Karyera: Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Ç
Bugün
Satış mütəxəssisi
Çinici • Bakı
Tam Ştat
635 ₼Müraciət et
B
Bugün
Aptek satış nümayəndəsi (Bakı / Sumqayıt - Abşeron ray.)
BioHerbal Baku MMC Orzax Azərbaycan • Bakı
Tam Ştat
700 ₼Müraciət et
L
Bugün
Satış nümayəndəsi
Luisa Wang • Bakı
Tam Ştat
550 ₼Müraciət et
S
Bugün
Satış təmsilçisi (ekspeditor)
Steel Company • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Bugün
Satış mütəxəssisi
Auto mmc • Bakı
Tam Ştat
600 ₼Müraciət et
C
Bugün
Korporativ Satış üzrə Koordinator
Caspian Energy Club • Bakı
Tam Ştat
600 ₼Müraciət et