Orzax
Aptek Satış Nümayəndəsi (sahə işi)
700 ₼
Vakansiya haqqında
BioHerbal Baku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi
Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.
- İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
- 700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
- Bonus sistemi
- Qidalanma kartı
- Yol xərci , avtomobil mövcuddursa yanacaq kartı
- Davamlı təlim və inkişaf imkanları
- Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Müraciət qaydası: mövzü hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron email ünvanına göndərə bilərsiniz.
Tələblər:
Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
minimum 2 il OTC sahəsində təcrübə
Digər tələblər:
- Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
- Səyyar iş rejiminə uyğunluq
- Satış sahəsində yüksək, peşəkar bacarıq
- Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
- Yaş aralığı: 25 - 40
Vəzifə öhdəlikləri:
- Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
- Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik
- ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
- Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
- Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
- Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
- Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
- Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
- Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Oxşar vakansiyalar
Sosial Media Mütəxəssisi
By Telecom • Bakı
Məhsul təqdimatçısı (Promouter)
Azersun Holding • Bakı
Menecer
BakuDerma • Bakı
HoReCa üzrə mütəxəssis
"BESTİNG" MMC • Bakı
Satış Meneceri
Premium Dental • Bakı
Satış mütəxəssisi
Arthouse Showroom • Bakı