Premium Dental
Satış Meneceri
500 ₼
Vakansiya haqqında
Salamı satişa çevirən Satış Meneceri vakansiyası mövcuddur.
Instagram, WhatsApp, Facebook və zənglərdən gələn müraciətləri cavablandırmaq (sürətli cavab əsas şərtdir)
Müraciətləri konsultasiya qəbuluna çevirmək və həkim cədvəlinə yazmaq
Həkimin tərtib etdiyi müalicə planını (implant, ortodontiya, estetik bərpa və s.) pasiyentə izah etmək, qiymət və ödəniş variantlarını təqdim etmək
Qərar verməyən pasiyentlərlə follow-up aparmaq
Qəbula gəlməyən və müalicəni yarımçıq qoyan pasiyentlərlə yenidən əlaqə qurmaq
Bütün müraciətləri və mərhələləri CRM-də qeyd etmək
Həftəlik/aylıq satış hesabatı hazırlamaq (müraciət → qəbul → müalicə konversiyası)
Marketinq komandasına lead keyfiyyəti barədə geri bildirim vermək
Tələblər:
Satış sahəsində minimum 1 il təcrübə (tibbi, estetik və ya xidmət sektorunda təcrübə üstünlükdür)
Telefonla və yazışmada inandırıcı, səliqəli ünsiyyət
Etirazlarla işləmə bacarığı ("bahadır", "düşünəcəm" və s.)
CRM, Google Sheets və mesajlaşma platformaları ilə işləmək bacarığı
Stomatoloji xidmətləri öyrənməyə hazır olmaq
Nəticəyə yönümlü, məsuliyyətli, stress altında sakit qalan
Təklif edirik:
Sabit maaş: 500 AZN + satışdan bonus
Rəsmi əmək müqaviləsi
İşçi və ailə üzvləri üçün klinikada endirim
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Oxşar vakansiyalar
Sosial Media Mütəxəssisi
By Telecom • Bakı
Məhsul təqdimatçısı (Promouter)
Azersun Holding • Bakı
Aptek Satış Nümayəndəsi (sahə işi)
Orzax • Bakı
Menecer
BakuDerma • Bakı
HoReCa üzrə mütəxəssis
"BESTİNG" MMC • Bakı
Satış mütəxəssisi
Arthouse Showroom • Bakı