T
Toyota Gəncə Mərkəzi
Avtomobil satışı üzrə menecer
Müsahibə əsasında
Vakansiya haqqında
Toyota Gəncə Mərkəzi avtomobil satışı sahəsində təcrübəli, peşəkar ünsiyyət bacarıqlarına malik və nəticəyönümlü namizədləri Avtomobil satışı üzrə menecer vəzifəsinə müraciət etməyə dəvət edir.
Əsas vəzifələr:
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun avtomobil modellərini təqdim etmək;
- Avtomobillərin texniki xüsusiyyətləri, komplektasiyası və üstünlükləri barədə ətraflı məlumat vermək;
- Müştərilər üçün avtomobil təqdimatlarını və test sürüşlərini təşkil etmək;
- Satış prosesini ilkin müraciətdən avtomobilin təhvil verilməsinədək peşəkar şəkildə idarə etmək;
- Potensial müştərilərlə davamlı əlaqə saxlamaq və müraciətlərin təqibini aparmaq;
- Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Müştəri məlumatlarını və satış prosesini müvafiq sistemdə düzgün qeyd etmək;
- Toyota brendinin korporativ standartlarına və yüksək müştəri xidməti prinsiplərinə riayət etmək;
- Satış nəticələri üzrə müvafiq hesabatları hazırlamaq.
Namizədə tələblər:
- Avtomobil satışı sahəsində iş təcrübəsi və praktiki satış bacarığı;
- Avtomobillər, onların texniki xüsusiyyətləri və satış prosesi barədə məlumatlı olmaq;
- İngilis və rus dillərini C1–C2 səviyyəsində bilmək;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Güclü təqdimat, satış və danışıqlar aparmaq bacarığı;
- Müştəriyönümlü, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Komandada işləmək və müxtəlif müştəri profilləri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Sürücülük vəsiqəsinin olması.
Peşəkarlıq tələbləri:
- Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Təqdimat bacarığı;
- Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti;
Digər məlumatlar:
- İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
- İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00; Şənbə: 09:00-15:00
- Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
P
Bugün
Müştəri dəstəyi və Təhlükəsizlik mütəxəssisi
PEAKPİN MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
X
Bugün
Kiçik satış mütəxəssisi (Laboratoriya sahəsində təcrübəli)
Xəzər Ekoloji Laboratoriyası MMC (XEL) • Bakı
Tam Ştat
800 ₼Müraciət et
F
Bugün
Satış Təmsilçisi
FAB Group • Bakı
Tam Ştat
400 ₼Müraciət et
I
Bugün
Facility Operations Manager
IRES • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Satış meneceri
Grand Lenz Az • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
B
Bugün
Satıcı - konsultant
Bakı Kitab Mərkəzi • Bakı
Tam Ştat
500 ₼Müraciət et