Ə

Əfəndilər MTK

Son tarix: 20 Sentyabr 2026

Avtomobil yuyucusu

İnşaat və MemarlıqBakıTam Ştat20 Avqust 202624

1000

Vakansiya haqqında

Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil və tikinti sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup Porsche, Audi, Geely,Chery, Zeekr və Li Auto kimi avtoistehsalçıların distribütor şirkətləri və Efendiler Group servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu ilə təmsil olunub.

 

  1. İş qrafiki: həftədə 6 gün, şənbə günü qısa iş rejimi;
  2. Əməkhaqqı: təmiz 1000 ₼;
  3. İş yeri: Nizami rayonu, Babək prospekti 35A;
  4. Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq.

 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Avtomobil yuyucusu” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər:

 

  1. Məsuliyyətli, çevik və səliqəli olmaq;
  2. İşə ciddi və məsuliyyətlə yanaşmaq;
  3. Komandada işləmə bacarığı;
  4. Avtoyuma sahəsində iş təcrübəsi arzuolunandır;
  5. Avtomobil idarə etmək bacarığı (sürücülük vəsiqəsi olmalı);
  6. Kimyəvi maddələrin saxlanması, daşınması və yığışdırılması, tövsiyə olunan yuyucu vasitələri, onların istismarı və qurutma prosedurları kimi bilgilərə malik olmaq.

Vəzifə öhdəlikləri:

 

  1. Avtomobillərin xarici hissəsinin keyfiyyətli yuyulması və qurulanması;
  2. Avtomobil salonunun təmizlənməsi;
  3. Şüşələrin və digər hissələrin təmiz saxlanılması;
  4. Avtoyuma avadanlıqlarından düzgün istifadə edilməsi;
  5. İş yerində təmizliyə və səliqəyə riayət edilməsi.

Oxşar vakansiyalar