C

Construction Equipment Services MMC

Son tarix: 20 Sentyabr 2026

Servis meneceri

İnşaat və MemarlıqBakıTam Ştat20 Avqust 202689

1000

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Texnika və avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, servis və texniki xidmət proseslərini planlaşdırmaq və optimallaşdırmaq;
  • Avadanlıqların dayanma müddətini minimuma endirmək, yaranan nasazlıqların operativ diaqnostikasını və aradan qaldırılmasını təşkil etmək;
  • Servis komandasının gündəlik işlərini planlaşdırmaq və idarə etmək, iş bölgüsünü aparmaq, komandanın fəaliyyətinə və işlərin vaxtında tamamlanmasına nəzarət etmək;
  • Müştəri müraciətlərinə operativ reaksiya göstərmək, xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
  • Servisə daxil olan texnikaların qeydiyyatını aparmaq, servis tarixçəsini, görülən işləri və texniki sənədləri sistemli şəkildə uçota almaq;
  • Servis fəaliyyətinə aid alt sənədlərin (qəbul-təhvil aktları, texniki baxış və diaqnostika aktları, defektasiya və iş tapşırıq blankları) hazırlanmasını və düzgün tərtibatını təmin etmək;
  • Təmir, texniki xidmət və ehtiyat hissələri üzrə xərcləri izləmək, xərc optimallaşdırılması üzrə analizlər aparmaq və qənaət tədbirləri təklif etmək;
  • Ehtiyat hissələrinin vaxtında təmin olunması üçün anbar və satınalma/təchizat şöbələri ilə koordinasiyalı işləmək;
  • Servis fəaliyyətinin nəticələri üzrə aylıq və rüblük hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və fəaliyyətin inkişafı üzrə təkliflər vermək;
  • Servis sahəsində Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) standartlarına tam riayət olunmasını təmin etmək, işçilərin SƏTƏM təlimatlarına uyğun çalışmasına nəzarət etmək.

Tələblər

  • Ali və ya orta ixtisas texniki təhsil;
  • Servis, texniki xidmət, mexanika və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
  • Tikinti texnikaları və ağır texnikalarla iş təcrübəsi üstünlükdür;
  • Texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki biliklər;
  • Servis komandasını idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
  • MS Office (xüsusilə Excel) və 1C proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı;
  • Müştərilərlə və komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı;
  • B və C kateqoriyalı sürücülük vəsiqəsinin olması.

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
  • Əmək haqqı: 1000–1200 AZN (namizədin bilik və təcrübəsinə əsasən);
  • Rəsmi əmək müqaviləsi;
  • Məzuniyyət və bayram günləri əmək məcəlləsinə uyğun təmin edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar