400 ₼
Vakansiya haqqında
YELTU Agency komandasına bizneslər üçün rəqəmsal və texnoloji həllərin satışını həyata keçirəcək, aktiv və nəticəyönümlü "B2B Satış Meneceri" axtarır.
YELTU olaraq şirkətlərə veb-saytların hazırlanması, rəqəmsal marketinq, SEO, Google Ads, SMM, mobil tətbiqlər, ERP sistemləri və fərdi IT həlləri təqdim edirik
- İş formatı: məsafədən;
- İlk 3 ay sınaq və adaptasiya müddəti;
- Sınaq müddətində aylıq sabit əməkhaqqı: 400 AZN;
- Sınaq müddətini uğurla başa vuran əməkdaş üçün aylıq sabit əməkhaqqı:1 000 AZN;
- Satış nəticələrinə əsasən əlavə bonus və komissiya;
- Təcrübəli namizədlər üçün əməkhaqqı fərdi qaydada müzakirə oluna bilər;
- Satış materialları, xidmət təqdimatları və ilkin təlim şirkət tərəfindən təmin edilir;
- Yüksək nəticə göstərən əməkdaşlar üçün əməkhaqqı artımı və karyera inkişafı imkanı mövcuddur.
Tələblər:
Azərbaycan dilində səlis və düzgün danışıq bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək və uyğun həll təklif etmək bacarığı;
Aktiv, məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Yeni müştərilərlə rahat əlaqə qura bilmək;
Kompüter, sosial şəbəkələr və onlayn kommunikasiya vasitələrindən istifadə bacarığı;
İngilis və rus dillərini bilmək üstünlük hesab olunur;
Daha əvvəl IT, rəqəmsal marketinq, reklam və ya agentlik xidmətlərinin satışı sahəsində çalışmış namizədlərə üstünlük verilir;
B2B satış təcrübəsi üstünlükdür;
Rəqəmsal marketinq, veb-sayt və IT xidmətləri haqqında ilkin biliklərin olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
Müxtəlif sahələrdə fəaliyyət göstərən potensial müştəriləri araşdırmaq və müəyyənləşdirmək;
Telefon, WhatsApp, e-mail, LinkedIn və digər platformalar vasitəsilə şirkətlərlə əlaqə qurmaq;
Müştərinin biznesini, ehtiyaclarını və mövcud problemlərini öyrənmək;
Müştərinin ehtiyacına uyğun YELTU xidmətlərini təqdim etmək;
Maraqlanan müştərilərlə görüş və təqdimatlar təşkil etmək;
Kommersiya təkliflərini müştərilərə təqdim etmək və danışıqları aparmaq;
Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izləmək;
Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlər qurmaq;
Görülən işlər və satış nəticələri üzrə mütəmadi hesabat təqdim etmək.
Oxşar vakansiyalar
Satış mütəxəssisi
Smart Electronics • Bakı
Sales Representative
Tegeta Motors Baku • Bakı
Biznes inkişafı üzrə mütəxəssis
Mpay MMC • Bakı
Copywriter
Kredit Evi ASC • Bakı
Marketinq üzrə Mütəxəssis
Zeytun Pharmaceuticals • Bakı
Merçendayzer
Tamashaee Foods • Sumqayıt