Proweb proqram təminatı şirkəti
B2B Satış Meneceri
1500 ₼
Vakansiya haqqında
Satış portfeli
Namizəd aşağıdakı istiqamətlər üzrə satış həyata keçirəcək:
- QRGate sistemi (əsas fokus onlayn məhsul)
- Korporativ proqram təminatları
- Hazır SaaS məhsullar
- Müştəriyə uyğun hazırlanmış fərdi həllər
Əmək haqqı və bonus sistemi
15 günlük sınaq müddəti və ilkin təlim prosesi
- Sınaq müddəti ərzində ödəniş (sınaq müddətində əmək haqqı hesblanır)
- Sınaq müddətindən sonra sabit əmək haqqı
- Satış nəticələrinə əsaslanan bonus sistemi
- Yüksək performansa görə əlavə mükafatlandırma
- Karyera inkişafı və maaş artımı perspektivi
- Əmək haqqı: sabit əsas hissə + satışdan faiz. Xidmət sahəsində təcrübəsi olan namizədlər üçün aylıq 2000 AZN və daha yüksək qazanc imkanı.
- Satılan məhsuldan hər ay stabil qazanc əldə etmək
İş rejimi
- Həftə içi: 5 gün (B.e – Cümə)
- İş saatı: 10:00 dan – 18:00 dək
- Şənbə: Hibrid iş rejimi
- Rəsmi istirahət günləri qanunvericiliyə uyğun
- Qısa müddət ərzində beynəlxalq bazara çıxış imkanları
- Şirkətin digər yüksək məbləğli məhsullarının satışından əlavə qazanc imkanı
- Aylıq və illik bonus sistemləri
- Yüksək gəlir potensialı və performans əsaslı inkişaf
- Dinamik və nəticə yönümlü iş mühiti
Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “QRGate Satış Meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur; seçim mərhələsinin növbəti addımları üçün yalnız vakansiya meyarlarına uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır. Müarciət etməməzdən öncə qrgate.az veb saytına daxil olub qrgate məhsulu ilə bağlı məlumat almağınız və müraciət zamanı bu xidməti necə satacağınızı 2-3 cümlə ilə yazmağınız xahiş olunur.
Tələblər:
- Qrgate məhsulu və “Proweb” şirkəti haqqında internet üzərindən ətraflı məlumat alınması.
- Satış sahəsində minimum 1-3 il təcrübə (B2B üstünlükdür)
- Aktiv satış və müştəri cəlb etmə bacarığı
- Sahə satışında işləməyə hazır olmaq (ofisdən kənar aktiv fəaliyyət)
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Analitik düşüncə və nəticə yönümlü yanaşma
- CRM və ERP sistemləri ilə işləmə bacarığı
- Google məhsulları (Docs, Sheets, Drive) ilə rahat işləmə bacarığı
- Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır
- Yüksək məsuliyyət və özünüidarəetmə
Vəzifə öhdəlikləri:
- QRGate sisteminin şirkətlərə (B2B) aktiv satışı
- Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
- Potensial müştəri şirkətlərin ofislərinə səfərlər edərək görüşlərin təşkili
- Qərarverici şəxslərlə birbaşa ünsiyyətin qurulması və satış prosesinin idarə edilməsi
- Müştərilərə məhsulun təqdimatı və demo nümayişi
- Müştəri ehtiyaclarının analizi və uyğun həllərin təklif olunması
- Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər idarə olunması
- Görüşlərin və satışların CRM və ya daxili sistemdə düzgün qeydiyyatı
- Həftəlik və aylıq hesabatların hazırlanması
- Yeni müştərilərin cəlb olunması və müştəri bazasının genişləndirilməsi
- Hazırlanan təklifləri müştərilərə göndərir və izləyir (Follow Up)
Performans gözləntiləri
- Aktiv sahə satış fəaliyyətinin davamlı aparılması
- Müntəzəm olaraq şirkətlərlə görüşlərin təşkili və idarə olunması
- Satış hədəflərinə uyğun nəticələrin əldə olunması
- Şirkətin daxili satış standartlarına və KPI sisteminə riayət edilməsi
Oxşar vakansiyalar
Satiş təmsilçisi
General Lighting • Bakı
Satış meneceri
"XİNJİANG ZHONGSHİ AİRUİDE TRADİNG CO., LTD" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI • Bakı
Satış məsləhətçisi
Xarı Bülbül • Bakı
Sosial Media Marketinq (SMM) mütəxəssisi
Kids Fun Show • Bakı
Content & Community Manager
Saffron Group • Bakı
Mobiloqraf
My Group Holding MMC • Bakı