B

BMG International

Son tarix: 1 Oktyabr 2026

B2B Satış Mütəxəssisi

Marketinq və SatışBakıTəcrübə31 Avqust 202662

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifələr:

  • Potensial korporativ müştəriləri müəyyənləşdirmək və onlarla ilkin əlaqə yaratmaq;
  • Şirkətlərin ehtiyaclarını analiz etmək və uyğun xidmət həlləri təklif etmək;
  • BMG International-ın xidmət və həlləri barədə korporativ müştərilərə təqdimatlar keçirmək;
  • Görüşlər, danışıqlar və kommersiya təklifləri prosesini idarə etmək;
  • Satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər müşayiət etmək;Yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq;
  • Bazar və potensial müştərilər üzrə araşdırmalar aparmaq;
  • Satış hədəflərinə nail olmaq və satış nəticələri barədə mütəmadi hesabatlar hazırlamaq;
  • CRM sistemində müştəri və satış məlumatlarını düzgün qeyd etmək və yeniləmək.

Namizəddən gözləntilər:

  • B2B satış sahəsində iş təcrübəsi;
  • Təlim və təhsil sektorunda iş təcrübəsinin olması üstünlükdür;
  • Korporativ müştərilərlə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/və ya ingilis dili biliyi üstünlükdür;
  • Güclü təqdimat, kommunikasiya və inandırma bacarıqları;
  • Analitik düşüncə və müştəriyönümlü yanaşma;
  • Satış hədəfləri ilə işləmək və nəticəyə fokuslanmaq;
  • CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı üstünlükdür.

Biz nə təklif edirik?

  • Rəqabətqabiliyyətli əməkhaqqı + performansa əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Davamlı təlim və mentorluq dəstəyi;
  • Korporativ satış sahəsində praktiki inkişaf imkanı;
  • Güclü komanda və müasir iş mühiti.

Əgər B2B satış sahəsində özünü inkişaf etdirmək, korporativ müştərilərlə işləmək və nəticəyönümlü komandaya qoşulmaq istəyirsinizsə, CV-nizi bizimlə paylaşın və BMG International komandasının bir hissəsi olun!

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 010 234 41 46

Oxşar vakansiyalar