Mazarina Trade Company
B2B Satış Təmsilçisi (Kimberly-Clark Professional istiqaməti üzrə)
Müsahibə əsasında
Vakansiya haqqında
"Mazarina Trade Company" MMC tərkibində strateji əhəmiyyət daşıyan Kimberly-Clark Professional məhsullarının B2B satış kanalında bazara inteqrasiya olunması və mövqeyinin möhkəmləndirilməsi üzrə təcrübəli və nəticəyönümlü B2B Satış Təmsilçisi axtarışındadır.
Namizəd Kimberly-Clark tərəfindən təşkil olunacaq xüsusi təlimlərdə iştirak edərək məhsul biliyini dərinləşdirəcək və B2B müştərilərlə şəxsi görüşlər keçirərək satış prosesini idarə edəcəkdir.
Əsas Vəzifə Öhdəlikləri:
- Kimberly-Clark tərəfindən keçirilən xüsusi təlimlərdə iştirak etmək və məhsul haqqında tam, dərin biliyə yiyələnmək;
- Məhsulların B2B satış kanalında bazara uğurlu inteqrasiyasını, yayılmasını və tanınmasını təmin etmək;
- B2B seqmentində olan potensial müştərilərlə şəxsi görüşlər təşkil etmək və peşəkar təqdimatlar keçirmək;
- Yeni B2B müştərilərin cəlb olunması və mövcud müştəri bazası ilə uzunmüddətli, etibarlı əməkdaşlığın qurulması;
- Satış dinamikasına nəzarət etmək, müəyyən olunmuş satış planlarını yerinə yetirmək və B2B kanal üzrə hesabatları rəhbərliyə təqdim etmək.
Namizədə Dair Tələblər:
- İş təcrübəsi: B2B satış sahəsində minimum 3-5 il iş təcrübəsi (B2B təcrübəsi);
- Dil bilikləri: Sərbəst Rus və Azərbaycan dili bilikləri;
- Bilik və bacarıqlar: Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq qabiliyyəti;
- Mənimsəmə bacarığı: Yeni məhsul biliyini tez mənimsəmək və təcrübədə tətbiq etmək bacarığı;
- Yanaşma: Aktiv, dinamik və nəticəyönümlü iş yanaşması;
- Kompüter bilikləri: MS Office proqramlarında işləmək bacarığı.
İş Şəraiti və Təminatlar:
- İş qrafiki: Həftə içi 5 gün (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Əməkhaqqı: Rəqabətə davamlı əməkhaqqı;
- Təminatlar: Yanacaq kartı və korporativ nömrə (mobil rabitə təminatı);
- Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə tam uyğun rəsmi əmək müqaviləsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiyalar
Rəqəmsal Marketinq mütəxəssisi
Social Lab • Bakı
Korporativ Satış Mütəxəssisi
Pro Con izo MMC • Bakı
Специалист по маркетингу / Marketing & Graphic Design Specialist
DiVi Corporation • Bakı
Kassir
Olivia Beauty & Care • Bakı
Rieltor-vasitəçi
Əmlakçı • Bakı
Social Media Specialist
Aventus Digital Consultancy • Bakı