Aventus Digital Consultancy
Social Media Specialist
600 ₼
Vakansiya haqqında
Aventus bizneslərin Google Axtarış, Google Xəritələr və süni intellekt platformalarında rəqəmsal görünürlüğünü idarə edən konsaltinq şirkətidir. Lokasiya Marketinqi, Lokal SEO, Google Business Profile idarəçiliyi, onlayn reputasiya idarəçiliyi, sosial media marketinqi (SMM), veb-sayt hazırlanması və digər rəqəmsal həllər üzrə fəaliyyət göstəririk. https://www.aventus.az/
Google ekosistemi və beynəlxalq rəqəmsal platformalar üzrə ixtisaslaşan komandamız dünyanın aparıcı Location Marketing və Digital Presence Management şirkətləri ilə əməkdaşlıq edir, yerli və beynəlxalq layihələr həyata keçirir.
Komandamızı genişləndirmək üçün kreativ düşüncəli, sosial media trendlərini izləyən, vizual zövqü olan və nəticə yönümlü Social Media Specialist axtarırıq.
- 600 AZN əməkhaqqı + bonus sistemi. Şirkətin inkişafı və idarə olunan layihələrin həcminə uyğun əlavə bonus imkanları
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Peşəkar və innovativ iş mühiti
- Yerli və beynəlxalq layihələrdə iştirak imkanı
- Rəqəmsal marketinq və beynəlxalq platformalar üzrə praktiki inkişaf imkanı
- AI alətləri (ChatGPT, Gemini və s.) ilə effektiv işləmək;
- Google Ads və ya digər rəqəmsal reklam platformaları üzrə bilik;
- Daha əvvəl idarə etdiyi sosial media səhifələri və portfolio;
- Rəqəmsal marketinq və ya agentlik mühitində iş təcrübəsi;
- Xarici dil bilikləri.
Qeyd: Portfolio təqdim edən namizədlərə üstünlük veriləcək.
Tələblər:
- Sosial media idarəçiliyi sahəsində praktiki təcrübə;
- CapCut və ya digər video montaj proqramları, Canva proqramı ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
- Kreativ düşüncə və vizual zövq;
- Müstəqil işləmək, məsuliyyətli olmaq və vaxtı düzgün idarə etmək;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Instagram, LinkedIn, Google və digər platformalara uyğun video, story, post, reels və digər məzmunların hazırlanması və paylaşılması;
- Foto və video çəkilişlərinin təşkili, qısa video məzmunların hazırlanması və montajı;
- Sosial media hesablarının gündəlik idarə olunması, mesaj və şərhlərin cavablandırılması;
- Meta Business Suite və Meta Ads Manager üzərindən reklam kampaniyalarının idarə olunmasında iştirak;
- Sosial media trendlərinin izlənilməsi, kreativ ideyaların və yeni formatların işə tətbiqi.
Oxşar vakansiyalar
Satış Təmsilçisi
FAB Boya və Kimya Sənayesi MMC • Bakı
SMM
MERTMAKİNA • Bakı
Rəqəmsal Marketinq mütəxəssisi
Social Lab • Bakı
Korporativ Satış Mütəxəssisi
Pro Con izo MMC • Bakı
Специалист по маркетингу / Marketing & Graphic Design Specialist
DiVi Corporation • Bakı
Kassir
Olivia Beauty & Care • Bakı