G

GL ASC

Son tarix: 2 Dekabr 2026

Baş Kredit Mütəxəssisi - GL ASC (Bakı, 2026)

Maliyyə və MühasibatlıqBakıTam Ştat2 Noyabr 202637

600 ₼

Vakansiya haqqında

Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza qoşulun!

Şirkətimiz aktiv satış, müştəri əlaqələrinin idarə edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri

  • Aktiv satış fəaliyyətinin təşkili, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması;
  • Müştəri müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili, kredit komitəsinə təqdim edilməsi və rəsmiləşdirilməsi;
  • Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin hazırlanması;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və müraciətlərin operativ araşdırılması;
  • Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət.

Namizədə dair tələblər

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Güclü ünsiyyət və təqdimetmə bacarığı;
  • Yüksək satış qabiliyyəti və müştəriyönümlü yanaşma;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
  • Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində iş təcrübəsi üstünlükdür.

Sizi nə gözləyir?

Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi!

  • Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = 1 200 AZN-dək aylıq gəlir
  • Yuxarı kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq gəlir

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.

Əgər bu vakansiyanın tələblərinə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin:

Yalnız ilkin tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.

Karyeranızda növbəti addımı atın – komandamızın bir hissəsi olun!

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar