N
Ntensile
Mühasib köməkçisi - Ntensile (Bakı, 2026)
500 ₼
Vakansiya haqqında
İş şəraiti
- Vəzifə: Mühasib köməkçisi
- Əməkhaqqı: 500–700 AZN
- İş rejimi: Tam ştat
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə)
- İş saatları: 09:00–18:00
- İstirahət günləri: Şənbə, Bazar və qanunvericiliklə müəyyən edilmiş qeyri-iş günləri.
- Rəsmiləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi əsasında rəsmi işə qəbul.
Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
E-mail:[email protected]
Məktubun mövzu hissəsində “Mühasib köməkçisi” qeyd olunmalıdır.
Tələblər:
- Yaş: 20–35;
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Mühasibatlıq sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Əməkhaqqının hesablanması, tutulmaların müəyyən edilməsi və ödəniş prosesləri üzrə biliklər;
- Daxili və xarici bank köçürmələrinin həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması üzrə praktiki biliklər;
- Bank müştəri xidmətləri (internet banking) ilə işləmək bacarığı;
- Vergi və əmək qanunvericiliyinin əsasları barədə məlumatlı olmaq;
- Elektron qaimə-faktura və elektron dövlət portalları ilə işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli, dürüst və öyrənməyə açıq olmaq;
- Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılması;
- Alış və satış əməliyyatları üzrə sənədləşmə işlərinin aparılması;
- Bank əməliyyatları və bank çıxarışlarının uçotunun aparılmasına dəstək göstərilməsi;
- Kassa və ödəniş sənədlərinin hazırlanması və qeydiyyatının aparılması;
- Debitor və kreditor borclarının izlənilməsi;
- Müqavilə, hesab-faktura, təhvil-təslim aktı və digər maliyyə sənədlərinin hazırlanması;
- Əməkhaqqının hesablanması və ödəniş prosesinin həyata keçirilməsi;
- Daxili və xarici bank köçürmələrinin hazırlanması və icrası;
- Mühasibat və vergi hesabatlarının hazırlanmasında baş mühasibə dəstək göstərilməsi;
- Sənədlərin düzgün arxivləşdirilməsi və müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
P
Əməliyyat Kordinatoru - Operator (Maliyyə üzrə)
PARLA Pharmaceuticals
BakıTam Ştat
Müsahibə əsasındaBugün
E
Biznes satış üzrə mütəxəssis / aparıcı mütəxəssis (SME kreditləri) (Qusar filialı üzrə)
Express Bank
QusarTam Ştat
Müsahibə əsasındaBugün
P
Mal-Material və Anbar Uçotu üzrə Mühasib
Predsol
BakıTam Ştat
Müsahibə əsasındaBugün
G
Baş Kredit Mütəxəssisi
GL ASC
BakıTam Ştat
600 ₼Bugün
F
Mühasib
Foriella
GəncəTam Ştat
Müsahibə əsasındaBugün
F
Daxili audit üzrə kiçik mütəxəssis
Fostanpak MMC
BakıTam Ştat
700 ₼Bugün
