Fred's English mərkəzi
Baş menecer
Müsahibə əsasında
Vakansiya haqqında
Fred’s English komandamıza təhsil sahəsində idarəetmə bacarıqlarına malik, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Baş menecer axtarırıq! Ayliq maas 2000+ azn
Namizədimiz tədris mərkəzinin gündəlik fəaliyyətinin idarə olunmasını, komandanın koordinasiyasını və xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək.
Əsas vəzifə və öhdəliklər (Responsibilities)
- Tədris mərkəzinin gündəlik fəaliyyətinin və inzibati proseslərinin idarə edilməsi;
- Müəllimlər, inzibati heyət və digər əməkdaşların işinin koordinasiyası;
- İş proseslərinin planlaşdırılması, tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət;
- Tədris proqramlarının keyfiyyətinə və tədris standartlarına riayət olunmasına nəzarət;
- Şagird və valideyn məmnuniyyətinin təmin edilməsi, müraciət və problemlərin operativ həlli;
- Yeni şagirdlərin cəlb edilməsi, qeydiyyat prosesinin və tələbə bazasının idarə olunması;
- Müəllimlərin seçilməsi, işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsində iştirak;
- Mərkəzin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsinə dəstək;
- Satış, qeydiyyat və xidmət göstəricilərinin təhlili, aylıq hesabatların hazırlanması;
- Marketinq və sosial media komandası ilə əməkdaşlıq edərək reklam və tanıtım fəaliyyətlərinin əlaqələndirilməsi;
- Cambridge English proqramları, IELTS, SAT və digər təhsil istiqamətləri üzrə işlərin koordinasiyası;
- Beynəlxalq yay məktəbləri, təhsil layihələri və tədbirlərin təşkilində iştirak;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və inkişaf təkliflərinin verilməsi.
Namizədə tələblər (Requirements)
- Ali təhsil;
- İdarəetmə, təhsil və ya müvafiq sahədə iş təcrübəsi;
- Komanda idarəetməsi və liderlik bacarıqları;
- Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarıqları;
- Yüksək kommunikasiya və interpersonal bacarıqlar;
- Microsoft Office və rəqəmsal iş alətlərindən istifadə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis dili biliyi — üstünlükdür;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, operativlik və nəticəyönümlülük;
- Eyni zamanda bir neçə prosesi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
Bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş menecer vakansiyası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Ünvan: Caspian Business Centre
Komandamıza qoşulun və təhsildə keyfiyyətin, inkişafın və uğurun bir hissəsi olun!
Oxşar vakansiyalar
Korporativ Sosial Məsuliyyət üzrə Layihə Meneceri
Business Insight International Research Group • Bakı
İstehsalat Müdiri Köməkçisi
Cross Trade • Bakı
Səyahətlər üzrə Koordinator
Veysəloğlu Şirkətlər Qrupu • Bakı
Direktor assistenti
Caspident • Bakı
Xadimə
Hamambath • Bakı
Mühafizəçi
Azərbaycan Kağız İstehsalat Fabriki • Bakı