Cross Trade
İstehsalat Müdiri Köməkçisi
700 ₼
Vakansiya haqqında
“Cross Foods” MMC “İstehsalat müdiri köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
• Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
• Əmək haqqı: 700-900 manat (əmək haqqı müsahibə zamanı bilik, bacarıq və təcrübəyə əsasən təyin ediləcəkdir).
• İş qrafiki: 6 günlük.
• İş yeri: Ceyranbatan
Tələblər:
• Müvafiq sahə(Qida sənayesi,sənaye mühəndisliyi,Texniki sahələr üzrə mühəndislik) üzrə ali təhsil arzuolunandır
• İdarəetmə bacarıqlarına malik olmalı
• Yaş həddi: 23 - 35 yaş(bəy və ya xanim namizəd)
• İstehsalat, anbar, planlama və ya uçot sahəsində ilkin iş təcrübəsi üstünlükdür
• Microsoft Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək
• 1C proqramı və bənzər proqramlar üzrə ilkin bilik üstünlükdür, lakin məcburi deyil
• Rəqəmlərlə işləmək, məlumatları müqayisə və yoxlama bacarığı
• Diqqətlilik, məsuliyyətlilik və öyrənməyə həvəs
• İstehsal komandası ilə koordinasiyalı işləmək bacarığı
Vəzifə öhdəlikləri:
• İlkin istehsal uçotu sənədlərinin hazırlanması
• Gündəlik istehsal planının icrasının izlənilməsi
• İstehsalat proseslerinin 5S çərçivəsində aparılmasına nəzarət
• İstehsalat proseslərinin müvafiq keyfiyyət planları,proses şemaları və məhsul standartlarına uyğun aparılmasına nəzarət
• Sahədə sanitariya-gigiyena qaydalarına əməl edilməsinə nəzarət
• Gündəlik istehsal məlumatlarının toplanması və sistemə daxil edilməsi
• Xammal və material sərfiyyatının izlənilməsi və plan-fakt məlumatların müqayisəsi
• Daxili istehsalat tələbnamələrinin və anbarlararası yerdəyişmələrin təşkili,izlənilməsi
• İstehsalat üzrə itki / silinmə aktlarının hazırlanması
• 1C və bənzəri istehsal proqramında məlumatların daxil edilməsi və üzləşdirilməsi
• İstehsal, anbar və satış məlumatlarının qarşılıqlı üzləşdirilməsi
• Aylıq inventarizasiya prosesində iştirak və sənədləşmə
• Gündəlik və aylıq istehsal hesabatlarının hazırlanması
• Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi,
• İstehsalat sahəsindəki problemlər haqqında rəhbərliyə operativ məlumatlandırmalar edilməsi
Oxşar vakansiyalar
Baş menecer
Fred's English mərkəzi • Bakı
Korporativ Sosial Məsuliyyət üzrə Layihə Meneceri
Business Insight International Research Group • Bakı
Səyahətlər üzrə Koordinator
Veysəloğlu Şirkətlər Qrupu • Bakı
Direktor assistenti
Caspident • Bakı
Xadimə
Hamambath • Bakı
Mühafizəçi
Azərbaycan Kağız İstehsalat Fabriki • Bakı