Vakansiya haqqında
*Vəzifə öhdəlikləri:*
Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması;
Gündəlik maliyyə əməliyyatlarının qeydiyyatı;
Vergi bəyannamələrinin (ƏDV, mənfəət, gəlir, DSMF və s.) hazırlanması və göndərilməsi;
Bank, kassa, əsas vəsait və digər mühasibat sənədlərinin işlənməsi;
Aylıq və illik hesabatların hazırlanması;
Maliyyə hesabatlarının (balans, mənfəət və zərər) hazırlanması
Dövlət Qurumları ilə İş: Mərkəzi Bank, Vergilər Xidməti və digər dövlət orqanlarından gələn sorğuların cavablandırılması və hesabatların hazırlanmasına dəstək vermək.
Bank və Kassa: Gündəlik bank qalıqlarına nəzarət etmək, köçürmə ərizələri və ödəmə sifarişlərinin düzgünlüyünü yoxlamaq, kassa nizam-intizamını qorumaq.
Kredit Portfeli: Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatı məlumatlarını müqayisə və təftiş etmək.
*Tələblər:*
Ali iqtisadi təhsil (Mühasibatlıq/ Maliyyə);
Baş Mühasib kimi minimum 2–3 il iş təcrübəsi;
PMS sertifikatının olması mütləqdir
Qanunvericilik Bilikləri: AR Əmək, Vergi və Mülki qanunvericiliyini, həmçinin Mərkəzi Bankın normativ sənədlərini yüksək səviyyədə bilmək.
Mühasibatlıq Bacarıqları: Bütün növ hesabatların (vergi, statistika, DSMF və s.) verilməsi, mühasibat balansının tərtibi və təftiş qaydalarını bilmək.
Proqram Bilikləri: Microsoft Office (xüsusilə mükəmməl Excel), 1C Mühasibatlıq proqramı və BTP (Bəyannamə Tərtibatı Proqramı).
Yazışma və Kommunikasiya: Korporativ e-mail platformalarında yazışma qaydalarını bilmək, yüksək səlis nitq və kommunikasiya bacarığına sahib olmaq.
Şəxsi Keyfiyyətlər: Diqqətli, operativ, stressə davamlı, komandada işləməyi bacaran, öyrənməyə maraqlı və yüksək təşkilatçılıq qabiliyyəti olan.
*İş şərtləri:*
İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00
Əmək haqqı : Razılaşma yolu ilə
Oxşar vakansiyalar
Debt Collection Manager
Baltic Transline Azerbaijan • Bakı
Təcrübə proqramı
Meqa Həyat Sığorta • Bakı
Baş Mühasib
Kral ət və ət məhsulları • Bakı
Bakıxanov filialı üzrə Kredit Satış İşçisi (Birbaşa Satış)
Finca Azerbaijan • Bakı
Lombard kreditləri üzrə mütəxəssis (İsmayıllı)
Caspian Invest BOKT • İsmayıllı
Mühasib köməkçisi
Vergi xidmətləri • Bakı