Meqa Həyat Sığorta
Təcrübə proqramı
Müsahibə əsasında
Vakansiya haqqında
“Meqa Həyat Sığorta” ASC sığorta və satış sahəsində karyera qurmaq istəyən namizədləri Təcrübə Proqramına qoşulmağa və peşəkar komandamızın bir üzvü olmağa dəvət edir.
Bu proqramın əsas məqsədi təcrübəçilərin sığorta və satış sahəsində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onları müştəri münasibətlərinin idarə olunması, satış prosesləri və sığorta əməliyyatları ilə yaxından tanış etməkdir. Proqram çərçivəsində təcrübəçilər daxili təlimlərdə iştirak edəcək, gündəlik iş proseslərinə cəlb olunacaq və peşəkar mentorların dəstəyi ilə real iş təcrübəsi qazanacaqlar.
Öhdəliklər
- Mövcud müştərilərin sığorta müqavilələrinin yenilənməsi;
- Yeni müştərilərdən daxil olan sorğuların cavablandırılması;
- Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması;
- Müştərilərə sığorta məhsulları barədə ətraflı məlumat verilməsi;
- Müştəri və müqavilə məlumatlarının daxili informasiya sisteminə daxil edilməsi.
Bilik və Bacarıqlar
- MS Office proqramları ilə işləmə bacarığı;
- Sığorta qanunvericiliyi üzrə biliklər (üstünlükdür);
- Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik;
- Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri isə arzuolunandır);
Təhsil və Təcrübə
- Ali təhsil (bakalavr dərəcəsi);
- Müvafiq sahə üzrə 0–1 il iş təcrübəsi arzuolunandır.
Bizim Təklifimiz
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Davamlı öyrənmə və inkişaf mühiti;
- Daxili təlimlər və peşəkar mentor dəstəyi;
- Sığorta məhsulları və satış prosesini praktiki şəkildə öyrənmək imkanı;
- Müştərilərlə peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək;
- Real iş mühitində təcrübə qazanmaq;
- Uğurlu nəticə göstərən namizədlər üçün uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;
Maraqlanan namizədlərdən cv-lərini mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Baş mühasib
Saat Store • Bakı
Baş Mühasib
Kral ət və ət məhsulları • Bakı
Bakıxanov filialı üzrə Kredit Satış İşçisi (Birbaşa Satış)
Finca Azerbaijan • Bakı
Lombard kreditləri üzrə mütəxəssis (İsmayıllı)
Caspian Invest BOKT • İsmayıllı
Mühasib köməkçisi
Vergi xidmətləri • Bakı
Mühasib
Şirkət • Bakı