A

Az-Tex-İmport MMC

Son tarix: 6 Sentyabr 2026

Baş Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat6 Avqust 2026233

Müsahibə əsasında

Vakansiya haqqında

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı);
  • Fəaliyyət sahəsi: Avtoservis və ehtiyat hissələrinin satışı;
  • İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə qısaldılmış iş günü);
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tam və dəqiq aparılması;
  • İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər ödənişlərinin düzgün hesablanması və rəsmiləşdirilməsi;
  • Vergi (ƏDV, ÖMV, mənfəət, əmlak və s.), DSMF, Məşğulluq və Statistika hesabatlarının hazırlanıb aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
  • 1C proqramında avtoservis fəaliyyəti (ehtiyat hissələrinin anbar uçotu, mədaxil-məxaric əməliyyatları, göstərilən xidmətlərin rəsmiləşdirilməsi) üzrə əməliyyatların düzgün uçotuna nəzarət edilməsi;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların, e-qaimələrin tərtib olunması, göndərilməsi və təsdiqlənməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin edilməsi;
  • Rəhbərliyə tələb olunan maliyyə və daxili uçot hesabatlarının hazırlanaraq təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil: Maliyyə, mühasibat uçotu və ya texniki sahədə ali təhsil;
  • İş təcrübəsi: Baş mühasib və ya mühasib vəzifəsində ən azı 3-5 il iş təcrübəsi (Avtoservis, istehsalat və ya xidmət sahəsində təcrübə arzuolunandır);
  • Sertifikatlar: Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləq üstünlükdür;
  • Proqram bilikləri: MS Office (xüsusilə yüksək səviyyədə Excel) və 1C (8.3 versiyası) proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı;
  • Qanunvericilik: AR Vergi Məcəlləsini və mühasibat uçotu standartlarını  dərindən bilmək;
  • Şəxsi keyfiyyətlər: Yüksək riyazi-analitik düşünmə qabiliyyəti, məsuliyyət, dəqiqlik, komanda idarəetmə bacarığı.

Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar