A

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Son tarix: 19 Avqust 2026

Maliyyə idarəetməsi departamenti \ Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi \ Şöbə rəisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat6 Avqust 202684

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifənin funksiyaları:

  • Maliyyə idarəetməsi departamentinin Əsasnaməsində Maliyyə hesabatlığı və daxili nəzarət söbəsinə aid təsbit edilmiş funksiyalarının icra olunmasını təmin edir, şöbənin fəaliyyətini təşkil edir və şöbə tərəfindən yerinə yetirilən işlər üçün məsuliyyət daşıyır;
  • Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
  • Şöbənin əməkdaşları üçün vəzifə təlimatları və fərdi iş planlarını hazırlayır, təhsil ehtiyaclarını müəyyən edir, fəaliyyətini qiymətləndirir və departament direktorunun təsdiqinə təqdim edir;
  • Departamentin əməliyyat planlarının hazırlanmasında iştirak edir;
  • Mərkəzi Bankın icmal (gündəlik, aralıq) maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edir;
  • Mərkəzi Bankın maliyyə fəaliyyəti barədə arayış və məlumatları hazırlayır;
  • Mərkəzi Bank tərəfindən aparılan əməliyyatların maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğunluğuna nəzarəti həyata keçirir;
  • Xarici audit yoxlamaları ilə əlaqədar müvafiq fəaliyyəti həyata keçirir;
  • Dövlət qurumlarına (Dövlət Statistika Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə və s.) qanunvericilikdə nəzərdə tutulmuş hesabatların hazırlanmasını və təqdim olunmasını təmin edir;
  • Şöbənin funksiyalarına dair normativ metodoloji bazanın, o cümlədən daxili prosedurların hazırlanması və təkmilləşdirilməsini həyata keçirir;
  • Avtomatlaşdırılmış Bank Əməliyyat Sistemlərinin yaradılması və inkişaf etdirilməsi proseslərində iştirak edir;
  • Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə departament direktoru qarşısında vəsatət qaldırır;
  • Şöbənin funksiyalarına dair məsələlər üzrə sorğuları cavablandırır və yazışmaları həyata keçirir;
  • Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Kompetensiyalar

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Araşdırma aparma
  • İntensiv iş rejimində işləmək bacarığı
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Strateji düşüncə
  • Təkmilləşməyə meyllilik
  • Təqdimat bacarıqları
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarə edilməsi

Texniki kompetensiyalar

  • Avtomatlaşdırılmış geniş məlumat bazası ilə işləmək bacarığı
  • Hesabat tərtib etmək bacarığı
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (İFRS) üzrə biliklər

Təcrübə

  • Maliyyə hesabatlılıq funksiyasını həyata keçirən struktur bölməsinin rəhbər vəzifəsində 5(beş) ildən çox iş təcrübəsi
  • Və ya “Böyük dördlük”-ə daxil olan audit şirkətlərində (maliyyə auditi üzrə) minimum 5 (beş) il iş təcrübəsi

Təhsil

  • Müvafiq sahədə ali təhsil (idarəetmə, iqtisadiyyat, maliyyə)

Dil bacarığı

  • Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yüksək səviyyədə)

Kompüter bacarıqları

  • MS Office (word, excel, ppt, project, visio) – yüksək səviyyədə

Sertifikasiya

  • ACCA-nın üzv olması və ya DipİFR diplom - arzuolunandır

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar