Aydınoğlu ACD MMC
Baş Mühasib
2500 ₼
Vakansiya haqqında
Baş mühasib — Tikinti sektoru
Şəhər: Bakı
İş qrafiki: 5 günlük iş həftəsi, 10:00–18:00
Əmək haqqı: 2500–3000 AZN
Üstünlük veriləcək
- Tikinti şirkətində Baş Mühasib vəzifəsində iş təcrübəsi;
- Bir neçə tikinti obyektinin paralel mühasibat uçotunu aparmaq təcrübəsi;
- Böyük həcmli mal-material və maliyyə əməliyyatları ilə işləmə təcrübəsi;
- Vergi yoxlamaları və audit proseslərində iştirak təcrübəsi;
- Tikinti layihələrinin maliyyə planlaşdırılması və büdcələşdirilməsi üzrə təcrübə.
İş şəraiti
- 5 günlük iş həftəsi;
- İş saatları: 10:00–18:00;
- Bakı şəhəri;
- Əmək haqqı: 2500–3000 AZN;
- Əmək haqqı namizədin peşəkar bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
- Stabil və peşəkar iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanı.
Qeyd: Namizəddən yalnız mühasibat sənədlərinin işlənməsi deyil, şirkətin maliyyə və mühasibat proseslərini müstəqil şəkildə idarə edə bilməsi gözlənilir.
Tələblər:
Yaş: 25–35
Təhsil: Ali
İş təcrübəsi: 5–10 il
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
Tikinti sektorunda mühasib və ya Baş Mühasib kimi iş təcrübəsi mütləqdir;
Tikinti obyektlərinin mühasibat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki bilik;
1C 8.3 proqramını yaxşı səviyyədə bilmək;
MS Office, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək;
Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər Excel funksiyalarını bilmək üstünlükdür;
Vergi, mühasibat və əmək qanunvericiliyi üzrə yaxşı bilik;
E-taxes və digər elektron dövlət sistemlərində işləmək bacarığı;
E-qaimə və elektron sənədləşmə üzrə praktiki təcrübə;
Bank, kassa, anbar, əməkhaqqı və vergi uçotu üzrə bilik;
Debitor-kreditor hesablaşmalarının aparılması üzrə təcrübə;
Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
Yüksək məsuliyyətlilik, dəqiqlik və intizam;
Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
Rəhbərliklə və digər struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı;
Komandaya rəhbərlik etmək və iş bölgüsü aparmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil və idarə edilməsi;
- İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət;
- Mal-materialların mədaxil, məxaric, silinmə və yerdəyişmələrinin uçotu;
- Anbar və tikinti obyektləri üzrə mal-material hərəkətinə nəzarət;
- Tikinti obyektləri üzrə gəlir və xərclərin ayrıca uçotunun aparılması;
- Obyektlər üzrə faktiki xərclərin və maya dəyərinin hesablanması;
- Podratçı və subpodratçılarla qarşılıqlı hesablaşmaların aparılması;
- Görülmüş işlər üzrə aktların və digər ilkin sənədlərin yoxlanılması;
- Aylıq işçilik və əməkhaqqı hesabatlarının hazırlanması və yoxlanılması;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanmasına nəzarət;
- 1C proqramına işlənmiş qaimə və digər sənədlərin düzgünlüyünə nəzarət;
- E-qaimələrin hazırlanması və yoxlanılması;
- Bank və kassa əməliyyatlarının uçotu və nəzarəti;
- Debitor və kreditor borclarının izlənilməsi və üzləşdirilməsi;
- Vergi, DSMF və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər vergi öhdəlikləri üzrə uçotun aparılması;
- Vergi və digər dövlət qurumları ilə yazışmaların və sənədləşmələrin aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, debitor-kreditor borcları və digər maliyyə hesabatlarının hazırlanması;
- Obyektlər üzrə plan-fakt xərclərinin müqayisəsi və rəhbərliyə təqdim edilməsi;
- Rəhbərliyin tələb etdiyi analitik və maliyyə hesabatlarının hazırlanması;
- Mühasibatlıq üzrə iş proseslərinin təkmilləşdirilməsi və nəzarətdə saxlanılması.
Oxşar vakansiyalar
Investment Manager
SOCAR Green • Bakı
Junior Broker
Khamsa Insurance and Reinsurance Brokers • Bakı
Broker
Khamsa Insurance and Reinsurance Brokers • Bakı
Mühasib
Meta Education and Consulting MMC • Bakı
Mühasib köməkçisi
Azerbaijan Poultry Company • Bakı
Əsas Vəsaitlər və İnventar üzrə Kiçik Mühasib
Norm OJSC • Bakı