A

Azera Holding

Son tarix: 13 Noyabr 2026

Baş mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat13 Oktyabr 202638

1800 ₼

Vakansiya haqqında

“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Tranzit Store Az ” MMC Baş mühasib vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifələr:

  • Gündəlik əsasda aparılan əməliyyatların ilkin sənəd əsasında sistemdə təsdiq etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu aparmaq, mühasibat uçotu hesablarında onların hərəkətini göstərmək, xərclər smetasını hazırlamaq, xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək;
  • Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları tərtib və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, müvafiq hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
  • Müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin hesabına daxil olan pul vəsaitlərin sistemə daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
  • Ödənişlər zamanı köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
  • Proqram təminatına məlumatların daxil edilməsi
  • Holdinq tərəfindən təqdim edilmiş maliyyə hesabatlarının hazırlanması

Tələblər:

  • Ali (maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat üzrə)
  • PMS sertifikatının olması üstünlükdür
  • İş təcrübəsi minimum 3 il
  • Azərbaycan dili əla,rus dili üstünlükdür
  • Kompyuter proqramları biliyi: MS Office proqramlarını yüksək səviyyədə bilməlidir. 1c 8.3
  • Dürüst, etibarlı, məsuliyyətli
  • Bəy namizədlər 

Biz təklif edirik

  • Əmək haqqı: 1800-2000 AZN (Nett)
  • İş yeri: Hökməli qəsəbəsi

Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tranzit Store Az MMC Baş mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar