G
Green Tech
Əmək haqqı üzrə mühasib
1500 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
- Əmək haqqının hesablanması zamanı işçilərin davamiyyət, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət və digər məlumatlarının nəzərə alınması;
- İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması;
- Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
- Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
- İşçilər üzrə hesablaşma vərəqələrinin hazırlanması və əmək haqqı məlumatlarının sistemdə əks etdirilməsi;
- Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
- İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
- Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi;
- 1C və digər mühasibatlıq proqramlarında əmək haqqı məlumatlarının işlənməsi;
- Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
- Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
- Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi;
- Əmək haqqı hesablamaları üzrə sənədlərin düzgün arxivləşdirilməsi və məxfilik qaydalarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.
Namizədə tələblər
- Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali təhsil
- Yaş həddi: 25-35 arası namizədlər
- İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- 1 C və MC Office proqramlarında iş təcrübəsinin olması
- Vergi və mühasibat uçotu üzrə əsas qanunvericilik bilikləri
- Azərbaycan dilində səlis danışıq
- Rus dili biliyi üstünlükdür
- Məsulliyyətli, ünsiyyətcil və kollektivdə işləmək bacarığına malik olmalı
İş barədə məlumat
- İş günləri: həftənin 5 günü
- İş qrafiki: saat 08:00 – 17:00
- İstirahət günü: şənbə və bazar
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: 1500-2000 AZN
- Nahar və servis müəssisə tərəfindən təmin olunur.
- Ünvan: Xəzər rayonu, Binə qəsəbəsi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiyalar
A
Bugün
Baş mühasib
Azera Holding • Bakı
Tam Ştat
1800 ₼Müraciət et
X
Bugün
Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis
Xalq Sığorta • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Kredit mütəxəssisi
BREND LOMBARD • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
Mühasib
Aral Group Baku • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
İnvestisiya xidmətləri üzrə kiçik mütəxəssis
Invest AZ QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
Təftiş üzrə Mütəxəssis
Veysəloğlu MMC • Salyan
Tam Ştat
Müsahibə əsasındaMüraciət et