N

Natural Meat

Son tarix: 13 Noyabr 2026

Baş satıcı - Qəssab

Marketinq və SatışBakıTam Ştat13 Oktyabr 202641

1200 ₼

Vakansiya haqqında

Ət və ət məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətimizə filiallarda çalışmaq üçün Baş satıcı-qəssab vəzifəsinə əməkdaşlar dəvət olunur. TƏLƏBLƏRƏ UYĞUN OLMAYAN ŞƏXSLƏR NARAHAT ETMƏSİN!

 

İş şəraiti:

  1. Rəsmi əmək müqaviləsi;
  2. Stabil iş və əmək haqqı;
  3. İş qrafiki: növbəli;
  4. Filiallar üzrə iş imkanı;
  5. Əməkhaqqı: (1000-1200 azn + satış faizi) müsahibə zamanı müəyyən edilir.

İş yeri: Şirkətin müxtəlif filialları

 

Müraciət üçün: CV-nizi [email protected] göndərin və ya 077 206 26 46 nömrəsi ilə əlaqə saxlayın.

Tələblər:

  1. Peşəkar doğrama, porsiyalama və sümükdən ayırma bacarığı,
  2. Müştəri ilə xoş ünsiyyət bacarığı,
  3. Steyklərin adlarını bilmək, ət çeşidlərini fərqləndirməyi bacarmaq,
  4. Məhsulun təqdimat bacarığı və satış intizamı.
  5. Tərəzi, etiket, POS/kassa və sadə mal uçotu üzrə işləmə bacarığı (müvafiq səlahiyyət olduqda).
  6. Qida təhlükəsizliyi, gigiyena, mübahisəli vəziyyətlərin idarə olunması.

Vəzifə öhdəlikləri:

 

  1. Vitrin və soyuducu məhsullarının görünüşünü, saxlanma şəraitini və istifadə müddətini yoxlamaq,
  2. Müştərini qarşılamaq, sifarişi dəqiqləşdirmək, ət hissələri və istifadəsi barədə düzgün məlumat vermək (məsələn, müştəri tikə ət aldıqda, qiyma, quşbaşı və s. formada istədiyini mütləq qaydada soruşmaq,)
  3. Müştəri tələbinə uyğun əti doğramaq, sümükdən ayırmaq, çəkmək, qablaşdırmaq və etiketləmək.
  4. Təsdiqlənmiş qiymətlərə və tərəzi qaydalarına riayət etmək; endirim və qaytarma üçün səlahiyyət həddini gözləmək.
  5. Satış sisteminə məlumatları daxil etmək,
  6. Növbə əvvəlində və sonunda təhkim edilmiş məhsulun qalığını yoxlamaq; satış, qaytarma, silinmə və faktiki qalığı üzləşdirmək.
  7. Kassa səlahiyyəti varsa, kassa hesabatını sistem qeydləri ilə tutuşdurmaq, fərqləri dərhal rəhbərə bildirmək.
  8. Müştəri şikayətini nəzakətlə qəbul etmək və səlahiyyəti aşan halları (qaytarma) rəhbərə yönləndirmək.
  9. Qəssab köməkçisinə tapşırıq vermək və təhlükəsiz işi nəzarətdə saxlamaq,
  10. Vitrin, avadanlıq, alət və iş yerinin gigiyenasını təmin etmək (hər müştərinin gözü önündə alətlərin spirt vasitəsilə təmizlənməsi və salfetlə qurulanması prosesi mütləq qaydada baş verməlidir).

Oxşar vakansiyalar