A

ABB-İnvest İnvestisiya Şirkəti QSC

Son tarix: 13 Noyabr 2026

Sosial Media üzrə mütəxəssis

Marketinq və SatışBakıTam Ştat13 Oktyabr 202625

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

  • Şirkətin brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media kontent planının hazırlanması və icrasının koordinasiyası;
  • Rəqəmsal kanallar vasitəsilə şirkət brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin edilməsi;
  • Şirkətin sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;
  • Şirkətin korporativ və məhsul səhifələrində aidiyyəti bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi;
  • Şirkətin rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi;
  • Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün yayımlanmasının təmin edilməsi;
  • Kreativ və sosial media agentlikləri ilə işin koordinasiyası, kontent üzrə briflərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icrasına nəzarət edilməsi;
  • İnfluenser marketinq fəaliyyətlərinin koordinasiyası, influenserlər və influenser agentlikləri ilə işin təşkili, kontent üzrə briflərin hazırlanması, əməkdaşlıqların icrasına nəzarət edilməsi və nəticələrinin izlənilməsi;
  • Sosial media kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı hesabatların hazırlanması;
  • Sosial media və rəqəmsal trendlərin izlənilməsi, uyğun trendlərin şirkətin brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin hazırlanması;
  • Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak;
  • Digər rəqəmsal marketinq fəaliyyətlərinin, o cümlədən SEO üzrə on-site işlərin icrasında iştirak edilməsi.

Tələblər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq və ya digər əlaqəli ixtisaslar üzrə);
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
  • MS Office proqramlarında sərbəst iş bacarığı;
  • Sosial media platformaları və onların analitika alətləri ilə işləmə bacarığı;
  • Google Analytics və Google Tag Manager üzrə biliklər;
  • Marketinq layihələrinin idarə edilməsi üzrə təcrübə;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Şirkətin fəaliyyət sahəsində və ya analoji məhsullarla iş təcrübəsi (üstünlükdür);
  • DMI və ya bənzər sertifikatlar (üstünlükdür);
  • Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsi.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Sosial Media üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.

Oxşar vakansiyalar