A

Azersun Holding

Son tarix: 24 Oktyabr 2026

Baş Zootexnik (Biləsuvar)

Kənd TəsərrüfatıBiləsuvarTam Ştat24 Sentyabr 202661

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifəyə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
  • Yemlərin qida dəyərinin hesablanması və qiymətləndirilməsi (protein, enerji, mineral və vitamin balansı);
  • Müasir yemləmə texnologiyaları üzrə biliklər (TMR, mərhələli yemləmə və s.);
  • Heyvandarlıq binalarının texniki tələbləri və mikroiqlim normaları barədə biliklər;
  • Sağım, yem paylama və digər mexanikləşdirilmiş avadanlıqların iş prinsiplərini bilmək;
  • Heyvandarlıqda məhsuldarlıq göstəricilərinin hesablanması, təhlili və qiymətləndirilməsi;
  • Uçot və hesabat proqramları, o cümlədən Excel və ferma idarəetmə proqramları ilə işləmək bacarığı;
  • Biotəhlükəsizlik və sanitariya standartları üzrə biliklər;
  • Zootexnika və heyvandarlığın əsasları üzrə biliklər;
  • Heyvanların anatomiyası və fiziologiyası üzrə biliklər;
  • Yemçilik və yem istehsalı üzrə biliklər;
  • Seçmə və seleksiya nəzəriyyəsinin əsasları;
  • Genetika və damazlıq işinin əsasları;
  • Zoogigiyena və heyvan rifahı prinsipləri üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  •  Heyvanların bəslənməsi, saxlanması və çoxaldılması proseslərinin təşkili və idarə edilməsi;
  • Yem rasionlarının hazırlanması, balanslaşdırılması və onların icrasına nəzarət;
  • Süd, ət, yumurta, yun və digər məhsuldarlıq göstəricilərinin artırılması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Damazlıq işlərinin təşkili, seleksiya proseslərinin aparılması və heyvanların genetik keyfiyyətinin yaxşılaşdırılması;
  • Baytarlıq xidməti ilə əməkdaşlıq çərçivəsində xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;
  •  Heyvanların yaş qruplarına, fizioloji vəziyyətinə və məhsuldarlıq istiqamətinə uyğun qruplaşdırılmasının təşkili;
  • İstehsalat normativlərinə, zoogigiyenik tələblərə və heyvanların saxlanma standartlarına riayət olunmasına nəzarət;
  • Zootexniki göstəricilər üzrə statistik uçotun aparılması, məlumatların təhlili və hesabatların hazırlanması;
  • Zootexniklərin və ferma işçilərinin fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması, rəhbərlik və təlimatlandırmanın həyata keçirilməsi;
  • Yeni texnologiyaların, müasir zootexniki yanaşmaların və innovativ metodların istehsalat proseslərinə tətbiqinin təmin edilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi.
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baş Zootexnik (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar