B
Bank Respublika ASC
Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının yaradılması prosesində iştirak edir;
- Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının satışına və xidmətinə dəstək olan alətlərin hazırlanması və inkişaf etdirilməsində iştirak edir;
- Satış personalının maddi və qeyri-maddi motivasiyasını yaradılmasına dair təkliflər verir;
- Satışlarda yeni texnologiyalardan istifadə olunmasına yardım edir;
- Bankın digər struktur bölmələri ilə işləri koordinasiya etməklə korporativ satışları həyata keçirən struktur bölmələrə dəstək göstərir;
- Biznes hesabatlarını hazırlayır, təhlil edir və nəticələrini işıqlandırır;
- Maddi və qeyri-maddi motivasiya sisteminə nəzarət edir və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
- Biznes hesabatlarının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üçün təkliflər verir;
- Korporativ satışları həyata keçirən struktur bölmələrin fəaliyyətini optimallaşdırmaq məqsədi ilə əlaqəli struktur bölmələrlə birgə layihələr aparır;
- Bütün növ biznes kredit məhsullarının yaradılması, mövcud məhsulların şərtlərinin dəyişdirilməsi və restrukturizasiya şərtlərinin müəyyən edilməsi prosesində iştirak edir;
- Satış texnologiyalarının və kredit təhlil formalarının təkmilləşdirilməsini təmin edir;
- Satışların stimullaşdırılması məqsədilə mütəmadi kampaniyaların təşkilində iştirak edir;
- Səlahiyyətinə dair rəhbərlik tərəfindən verilən digər tapşırıqları həyata keçirir.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar);
- Bank sektorunda, üstünlük olaraq korporativ bankçılıq sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Korporativ bankçılıq məhsulları, satış və xidmət prosesləri üzrə biliklər;
- Biznes proseslərinin təhlili, test edilməsi və optimallaşdırılması, biznes tələblərinin hazırlanması, habelə bank məhsullarının inkişafı üzrə bilik və təcrübə;
- Bank qanunvericiliyi, normativ-hüquqi aktlar və daxili qaydalar üzrə biliklər, problemlərin təhlili və onların həlli üzrə təkliflər hazırlamaq bacarığı;
- Müştəri təcrübəsinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması və proseslərin sadələşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etmək bacarığı;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı, nəticəyönümlülük, təşəbbüskarlıq və innovativ yanaşma;
- Güclü yazılı və şifahi ünsiyyət, təqdimat və danışıqlar aparmaq, habelə bankdaxili struktur bölmələrlə effektiv əməkdaşlıq və koordinasiya bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini isə işgüzar səviyyədə bilmək üstünlük hesab olunur.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
F
Bugün
Satış üzrə təcrübəçi
Facemark.az • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
İ
Bugün
Daşınmaz əmlak agenti
İnqilab 01 • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
B
Bugün
Satış mütəxəssisi
Beautech • Bakı
Yarım Ştat
450 ₼Müraciət et
L
Bugün
Mebel satıcısı
Lajivert • Bakı
Tam Ştat
400 ₼Müraciət et
A
Dünən
Beynəlxalq Logistika üzrə Korporativ Satış Mütəxəssisi
AR Group Company MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Dünən
Korporativ Satış üzrə Məsul Şəxs
Sapphire Hotels Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et