B

Beautech

Son tarix: 26 Sentyabr 2026

Satış mütəxəssisi

Marketinq və SatışBakıYarım Ştat18 Avqust 202634

450

Vakansiya haqqında

Kosmetika və gözəllik elektronikası sahəsində dünya miqyaslı brendlərin distribütorluğunu həyata keçirən, daim yeniliklərə açıq və sürətlə böyüyən şirkətin bir parçası olmaq istəyirsənsə, gülərüz, baxımlı, pozitiv enerjili və özünəinamlı birisənsə, komandamıza qoşul!

 

Əgər sən:

• Satış sahəsində özünü inkişaf etdirmək istəyirsənsə;
• İnsanlarla rahat ünsiyyət qurmağı bacarırsansa;
• Müştərilərə düzgün seçim etməkdə kömək etməkdən zövq alırsansa;

• Kosmetika və baxım sahəsində biliklisənsə;
• Gənc, çevik və peşəkar komandaya qoşulmaq istəyirsənsə — bu vakansiya sənin üçündür!

 

Təklif Edirik:


• Performansa əsaslanan əlavə gəlir imkanı;
• Növbəli iş qrafiki
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə;
• Şirkətdaxili ödənişsiz təlimlər;
• Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
 

 

Öhdəliklər:

• Satış etmək və müştərini düzgün yönləndirmək bacarığı;
• Azərbaycan dilində səlis ünsiyyət;
• Gülərüz, məsuliyyətli və pozitiv olmaq;
• Komandada işləmək bacarığı;
• Növbəli iş qrafikində işləməyə hazır olmaq;
• Satış sahəsində iş təcrübəsi arzuolunandır;
• Rus dili biliyi üstünlükdür.

 

Əsas Vəzifələr:

• Məhsulların qəbul edilməsi, yoxlanılması, rəflərə yerləşdirilməsi

• Müştəriləri qarşılamaq və ehtiyaclarını müəyyənləşdirmək;
• Məhsullar haqqında ətraflı və düzgün məlumat vermək;
• Satış prosesini həyata keçirmək;
• Məhsulların səliqəli və cəlbedici təqdimatını təmin etmək;
• Müştəri məmnuniyyətini qorumaq;
• Müəyyən edilmiş satış hədəflərinə çatmaq.

 

İş Şəraiti:

• Növbəli iş qrafiki:

— 1-ci növbə: 09:00–18:00
— 2-ci növbə: 13:00–22:00

• 6 günlük iş rejimi;

• 450 AZN Əməkhaqqı + Satışdan bonuslar;

• 18-30 yaş aralığında Qadın namizədlərə üstünlük verilir.

 

Qeyd: Yarımştat işləmək istəyənlər də müraciət edə bilər. 

 

Oxşar vakansiyalar