M
Makromed MMC
Biznesin inkişafı üzrə mütəxəssis (Əczaçılıq)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
- Xarici əczaçılıq şirkətləri, istehsalçılar və distribütorlar üzrə potensial tərəfdaşları müəyyənləşdirmək və yeni biznes əlaqələri qurmaq;
- Yeni ölkələr və potensial müştəri qrupları üzrə biznes imkanlarını araşdırmaq, uyğun tərəfdaşları müəyyən etmək və əlaqələrin inkişafını davamlı izləmək;
- Potensial müştərilərlə ilk təmasdan etibarən yazışma, onlayn görüş və təqdimatları idarə etmək, ehtiyaclarını düzgün müəyyənləşdirmək;
- Müştərinin ehtiyacına uyğun xidmət çərçivəsini Qeydiyyat və Farmakonəzarət komandaları ilə dəqiqləşdirmək, kommersiya təklifi və qiymət hesablamalarını hazırlamaq;
- Xarici tərəfdaşlarla qiymət, xidmət həcmi, müddətlər və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
- Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək, razılaşdırılmış şərtlərin icrasını kommersiya tərəfdən izləmək;
- Yeni layihənin daxili komandalara düzgün ötürülməsini təmin etmək və layihə boyunca müştəri ilə kommersiya kommunikasiyasını saxlamaq;
- Mövcud tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək, əlavə ölkə, məhsul və xidmət imkanlarını müəyyən etmək;
- Müştəri bazasını, danışıqların və layihələrin statusunu aktual saxlamaq, rəhbərliyə qısa və aydın status məlumatları təqdim etmək;
- Beynəlxalq sərgi, konfrans və B2B görüşlərində şirkəti təmsil etmək; zərurət olduqda xarici ezamiyyətlərdə iştirak etmək;
- Zərurət yarandıqda kommersiya sifarişləri və logistika ilə bağlı tərəfdaşlarla koordinasiyada iştirak etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil – əczaçılıq, tibb, kimya, biologiya və ya digər əlaqəli sahələr üzrə;
- Biznesin inkişafı, əczaçılıq və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi;
- Xarici şirkətlərlə və beynəlxalq biznes mühitində iş təcrübəsi üstünlükdür;
- İngilis dilində sərbəst işgüzar yazışma və danışıqlar aparmaq bacarığı; rus dili üstünlükdür;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparma bacarığı;
- Kommersiya təklifləri və qiymət hesablamaları hazırlamaq bacarığı;
- Məlumatları analiz etmək, prioritetləri müəyyənləşdirmək və bir neçə layihəni paralel izləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Xarici ezamiyyətlərdə iştirak etmək imkanının olması;
- Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli iş yanaşması.
Təklif Edilir:
- Beynəlxalq əczaçılıq şirkətləri ilə birbaşa əməkdaşlıq və müxtəlif bazarlar üzrə praktiki təcrübə qazanmaq imkanı;
- Peşəkar inkişafı dəstəkləyən iş mühiti, beynəlxalq sərgi, konfrans və biznes görüşlərində iştirak imkanı;
- Nəticələrə əsaslanan şəffaf KPI və bonus sistemi;
- Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları;
- İş qrafiki: həftədə 5 iş günü. İş saatları: 09:00–18:00; alternativ olaraq 08:00–17:00 və ya 08:30–17:30;
- Əmək haqqı namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Əczaçı
ak naturel mmc • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
Mikrobioloq (Sumqayıt şəhəri)
Azersun Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Tibbi nümayəndə
Ars Medika • Bakı
Tam Ştat
600 ₼Müraciət et
M
14 Sentyabr 2026
Ortoped Texnik Köməkçisi
Medicom Ortez və Protez Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
"
14 Sentyabr 2026
Qabyuyan
"Rövşən Oğuz Qrup" MMC • Bakı
Tam Ştat
450 ₼Müraciət et
K
12 Sentyabr 2026
Tibbi Nümayəndə
Krestomed Company • Bakı
Tam Ştat
600 ₼Müraciət et