V

Veysəloğlu Şirkətlər Qrupu

Son tarix: 10 İyul 2026

BMHS (İFRS) və Maliyyə Nəzarəti Şöbə Müdiri

Maliyyə və MühasibatlıqBakıTam Ştat10 İyun 202640

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas Tələblər

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • ACCA kvalifikasiyası və ya ACCA üzrə davam edən təhsil üstünlük hesab edilir.
  • CPA, DipIFR və digər beynəlxalq sertifikatlar əlavə üstünlükdür.
  • Audit, assurance, maliyyə hesabatlılığı və ya mühasibatlıq sahəsində minimum 5–8 il iş təcrübəsi.
  • Big4 audit və ya konsaltinq şirkətlərində minimum 3–4+ il iş təcrübəsi.
  • Böyük və ya beynəlxalq şirkətlərdə maliyyə hesabatlılığı üzrə təcrübə.
  • Şirkət daxilində xarici audit proseslərinin idarə olunması üzrə praktiki təcrübə.
  • IFRS tətbiqi, maliyyə hesabatlarının hazırlanması və texniki mühasibatlıq məsələləri üzrə təcrübə.

Texniki Bacarıqlar

  • IFRS standartları və maliyyə hesabatlılığı üzrə dərin bilik.
  • Audit prosesləri, daxili nəzarət və risk qiymətləndirilməsi üzrə anlayış.
  • Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması təcrübəsi.
  • Mürəkkəb maliyyə əməliyyatlarını analiz etmək və texniki istiqamət vermək bacarığı.
  • Yerli qanunvericilik və tənzimləyici hesabatlılıq tələbləri üzrə bilik.
  • ERP/ programları üzrə yüksək səviyyədə bilik.

Əsas Vəzifə Öhdəlikləri

  • Şirkətin IFRS və maliyyə hesabatlılığı funksiyasına rəhbərlik etmək.
  • Fərdi və konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması və yoxlanılmasına nəzarət etmək.
  • IFRS və yerli qanunvericilik tələblərinə uyğunluğu təmin etmək.
  • Xarici audit proseslərini və auditorlarla münasibətləri idarə etmək.
  • Maliyyə və biznes komandalarına texniki mühasibatlıq dəstəyi göstərmək.
  • IFRS-də baş verən dəyişiklikləri izləmək və şirkətə təsirini qiymətləndirmək.
  • Maliyyə nəzarəti və əminlik proseslərinin təkmilləşdirilməsini təmin etmək.
  • Komandanın inkişafını və idarə olunmasını həyata keçirmək.
  • Rəhbərliyə maliyyə təhlili, hesabatlılıq və risk məsələləri üzrə dəstək göstərmək.
  • Strateji maliyyə və compliance layihələrində iştirak etmək.

Üstünlük Verilən Təcrübə

  • Sürətli inkişaf edən və ya beynəlxalq mühitdə iş təcrübəsi.
  • Qrup hesabatlılıq və konsolidasiya prosesləri üzrə təcrübə.
  • Yüksək rəhbərlik, tənzimləyici qurumlar və xarici tərəflərlə işləmə təcrübəsi.
  • Mürəkkəb hesabatlılıq strukturlarına malik sahələrdə təcrübə üstünlük hesab edilir.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir
  • Servis Xidməti Mövcuddur

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “BMHS(IFRS) və Maliyyə Nəzarəti Şöbəsi Müdiri” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar