P
PASHA Bank
Kommersiya üzrə Kreditləşmə sahəsi, Funksional Sahə Lideri
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Kommersial müştəri seqmentləri üzrə Mənfəət və Zərərə görə cavabdehlik.
- Kredit sifarişi təmin etmək məqsədilə həyata keçirilən müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsini təmin etmək.
- Müştərilər ilə kommunikasiyanın idarə olunması, eləcə də hədəf üzrə cari satış göstəricilərinə nəzarət olunması və əlaqədar zəruri qərarların qəbul edilməsi.
- Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət edilməsi və müştərilərə verilən limitlərin vaxtında yenilənməsi.
- Kommersial müştəri seqmentləri üzrə Kreditlərin təhlilini və strukturlaşdırılmasını həyata keçirmək üçün metodoloji və texniki dəstək göstərilməsi.
- Əməkdaşların şəxsi inkişaf planlarının formalaşmasına və icra edilməsinə dəstək.
- Sənaye üzrə bölünən kredit müştəri menecerlərinə texniki dəstəyin təşkil edilməsi və əməkdaşlarının inkişafına dəstək.
- Mövcud proseslərin, metodologiyanın və təhlilin optimallaşdırılması və yeni optimallaşdırma modellərinin inkişafına dəstək göstərilməsi.
- Portfel üzrə dövrü maliyyə hesabatlığını Risk Bloku ilə koordinasiyalı formada və vaxtında təmin edilməsi prosesini idarə etmək.
- Məhsul və bazar təhlilin sənaye ehtiyaclarına və limitlərə uyğun hazırlanması.
- Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. (araşdırma aparmaq, səs vermək və s.)
- Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq.
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Maliyyə, Biznes İdarəetməsi, İqtisadiyyat və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi. MBA və ya müvafiq peşə sertifikatı üstünlükdür.
- İş təcrübəsi (il və/və ya sahə olararaq) : 4 il
- İdarəçilik təcrübəsi (tələb olunursa): Azı 1 ili yüksək rəhbərlik rolunda
- Texniki səriştələr: IFRS, CFA və ya ACCA
- Dil bilikləri: İngilis (səlis), Rus (səlis), Azərbaycan (səlis)
- Kompüter bilikləri: Ən az başlanğıc səviyyə.
Digər bacarıqlar:
- Güclü strateji planlaşdırma və rəhbərlik bacarıqları.
- Əla müştəri münasibətləri idarəetmə və danışıqlar bacarıqları.
- Satış, ticarətin maliyyələşdirilməsi, kredit və nağd pul idarəçiliyi üzrə dərin biliklər.
- Kommunikasiya, şəxslərarası və komanda idarəetmə bacarıqları.
- Tez dəyişən, dinamik mühitdə effektiv işləmə qabiliyyəti.
Əsas Bacarıqlar:
- Strateji Baxış,
- Rəhbərlik, liderlik və Komanda İnkişafı,
- Müştəri Münasibətləri,
- Auditoriya qarşısında çıxış etmə bacarığı,
- Yüksək təqdimat bacarıqları,
- Stressin idarəedilməsi
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
O
Bugün
Finance Analyst
OBA marketlər şəbəkəsi • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
U
Bugün
Modullar üzrə kiçik mütəxəssis
U and R Company • Şəki
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
BMHS (İFRS) və Maliyyə Nəzarəti Şöbə Müdiri
Veysəloğlu Şirkətlər Qrupu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mühasib
AMS Group LLC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
E
Bugün
Maliyyə üzrə aparıcı mütəxəssis
Embawood • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Anbar Mühasibi
Pro Team • Bərdə
Tam Ştat
Müsahibə əsasındaMüraciət et