1300 ₼
Vakansiya haqqında
Bölgə Müdiri (Bakı -Sumqayıt)
Şirkət: Orzax / BioHerbalBaku MMC
İş yeri: Bakı-Sumqayıt
İş rejimi: Tam ştat (sahə)
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi əsaslı və beynəlxalq standartlara uyğun qida əlavələri ilə 50-dən çox ölkədə fəaliyyət göstərən güclü beynəlxalq markadır. Azərbaycanda rəsmi nümayəndə olan BioHerbalBaku MMC, aptek kanalında effektiv satış strategiyası ilə bazarda mövqeyini gücləndirməyə davam edir.
Bu çərçivədə komandamıza satış komandasını idarə edəcək Bölgə Müdiri axtarırıq.
Bölgə Müdiri məsul olduğu ərazi üzrə satış komandasının idarə olunması, satış hədəflərinin yerinə yetirilməsi və Orzax məhsullarının aptek kanalında strateji inkişafının təmin edilməsinə cavabdehdir.
Təklif etdiklərimiz
Əmək haqqı 1300-1600 AZN (təcrübəyə əsasən)
Bonus və premya sistemi
Benzin kartı və ya yol xərci
Qidalanma kartı
Təlim və inkişaf imkanları
Müraciət qaydası: CV-nizi mövzu hissəsində “Bölgə Müdiri” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz
Tələblər:
Ali təhsil
2–3 il OTC sahəsində fəaliyyət
İdarəetmə sahəsində təcrübə üstünlükdür
Güclü satış bacarığı
Güclü kommunikasiya bacarıqları
Səyyar iş rejiminə uyğunluq.
Vəzifə öhdəlikləri:
Bölgə üzrə satış strategiyasının hazırlanması və icrasına nəzarət
Satış komandasının idarə olunması və inkişafı
Satış hədəflərinin planlaşdırılması və icrası
Aptek şəbəkəsinin genişləndirilməsi strategiyasının qurulması
Satış və medikal komandalar arasında koordinasiyanın təmin edilməsi
Sahə ziyarətləri və performans qiymətləndirilməsi
Rəf düzülüşü və məhsul mövcudluğuna nəzarət
Kampaniyaların tətbiqi və effektivliyi
Rəqib analizləri və bazar izlənməsi
Hesabatların hazırlanması və təqdimatı.
Oxşar vakansiyalar
Təhlükəsizlik Departamentinin Mühafizə-rejim və Əməyin Təhlükəsizliyi Şöbəsinin Mütəxəssisi
Kapital Bank • Bakı
İnspektor - Sumqayıt
Azersun Holding • Sumqayıt
İnspektor – Biləsuvar
Azersun Holding • Biləsuvar
Təmizlik işçisi
"Best Cleaning Group" MMC • Bakı
Div Academy Layihələrin İdarə Edilməsi üzrə Yay Təcrübə Proqramı
Div Academy • Bakı
Utüçü/ ütüçü köməkçisi (qatlama)
Laundry • Bakı