D

Div Academy

Son tarix: 3 Avqust 2026

Div Academy Layihələrin İdarə Edilməsi üzrə Yay Təcrübə Proqramı

İnzibati İşlərBakıTəcrübə3 İyul 2026110

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə Öhdəlikləri

  • Layihələrin planlaşdırılması və icrası prosesində aktiv iştirak etmək;
  • Layihə planlarının hazırlanması və iş proseslərinin koordinasiyasına dəstək göstərmək;
  • Tapşırıqların icra vəziyyətini izləmək və layihə komandasına operativ dəstək vermək;
  • Layihə sənədlərinin hazırlanması, yenilənməsi və sistemli şəkildə arxivləşdirilməsində iştirak etmək;
  • Görüşlərin, təlimlərin və digər layihə fəaliyyətlərinin təşkilinə dəstək göstərmək, qeydləri aparmaq və görüləcək işlərin koordinasiyasını təmin etmək;
  • Layihə komandası və digər maraqlı tərəflərlə effektiv kommunikasiya qurmaq;
  • Layihə hesabatlarının və təqdimat materiallarının hazırlanmasına dəstək vermək.

Namizədə Tələblər

  • Layihələrin idarə edilməsi sahəsində karyera qurmağa maraqlı olmaq;
  • Ali təhsil alan (III–IV kurs) və ya yeni məzun olmaq;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Güclü təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • MS Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, öyrənməyə açıq və inkişaf yönümlü olmaq.

Təcrübə Proqramının Şərtləri

  • 4 aylıq təcrübə proqramı;
  • Part-time və full-time iştirak imkanı;
  • Yol xərclərinin qarşılanması;
  • Real layihələr üzərində praktiki iş təcrübəsi qazanmaq imkanı;
  • Dinamik və inkişafyönümlü komandanın bir hissəsi olmaq imkanı;
  • Təcrübə proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikat.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar