P
Pioneer Engineering
Boru birləşmələrini açıb-bağlama qurğusu maşın operatoru
Müsahibə əsasında
Vakansiya haqqında
Mühəndislik şirkəti aşağıda göstərilən vəzifə və öhdəlikləri yerinə yetirmək üçün Boru birləşmələrini açıb-bağlama qurğusu maşın operatoru bacarıqlarına malik işçi axtarır:
Əsas vəzifəsi:
- Texniki şərtlər, standart və vəzifəsinə aid təlimatlara riayət etməklə, yivli boru avadanlıqların birbaşa supervayzer tərəfindən müəyyən edilən qaydada hazırlanmasını, quraşdırılmasını və işə salınmasını icra etmək. Buraya ANİ və Premium standartlarına istinadən işləmək daxildir.
Əsas tapşırıqlar:
- İstehsal tələbləri, texniki cizgilər/sxemlər, texnoloji marşrut xəritəsi və ya istehsal keyfiyyətinə aid standarta dair şifahi təlimatlara əsasən, mexaniki işləri müəyyən etmək və yerinə yetirmək.
- Mexaniki alət və avadanlıqlarını təhlükəsiz iş şəraitində saxlamaq və nasazlıqlar və ya təhlükəli vəziyyət barədə birbaşa supervayzer və ya rəhbərliyə məlumat vermək.
- İş prosesi zamanı Şirkətin yekun məhsul və ya xidmətinə mənfi təsir göstərə biləcək keyfiyyət və təhlükəsizliklə bağlı məsələlər aşkarlandığı zaman, bu cür hallar barədə dərhal məlumat vermək.
- 24 saat çağırış əsası üzrə işləmək tələb olunur (planlaşdırılmış növbə zamanı)
- İş üzrə tapşırıqları ən yüksək səviyyədə icra etmək.
- Şirkətin bütün keyfiyyət və təhlükəsizlik qaydaları və korporativ siyasətini başa düşmək və onlara riayət etmək
- İşin fiziki məhdudiyyətləri həcmində supervayzer tərəfindən müəyyən olunan digər vəzifələri yerinə yetirmək.
Səriştə:
- Ən azı bir illik təcrübə
- Fırlanma işlərinə aid iş yükünə aid şirkət tələbləri ilə tanışlıq.
- Mexaniki mühəndislik sahəsində iş təcrübəsi üstünlük təşkil edir.
- Şifahi və yazılı şəkildə mükəmməl ünsiyyət qurmaq bacarığı.
- Kompüter haqda baza biliklər.
- Avadanlıqlar üçün qeydlər/sənədlərin təsdiqi barədə bilik.
- ANİ Texniki şərti 5CT, 7-1 və Premium Birləşdiricilər/Standartlar haqda bilik – gələcək təlimlərlə öyrənilə bilər.
- Fərdi şəxs təlimatlara riayət etməlidir.
- İş yoldaşları ilə sıx əməkdaşlıq şəraitində işləmək qabiliyyətinə malik olmalıdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
A
Bugün
Mebel ustası
AzəriMed MMC • Bakı
Tam Ştat
780 ₼Müraciət et
K
Dünən
Kruasan ustası
Kruasan • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
24 Oktyabr 2026
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis
Avromak MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
24 Oktyabr 2026
Şokolad ustası
Soul of Nature • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
23 Oktyabr 2026
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Azza Gastronom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
22 Oktyabr 2026
Keyfiyyətə nəzarət üzrə menecer
Azera Holding • Bakı
Tam Ştat
1800 ₼Müraciət et