A

Avromak MMC

Son tarix: 23 Noyabr 2026

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis - Avromak MMC (Bakı)

İstehsalatBakıTam Ştat24 Oktyabr 202657

600 ₼

Vakansiya haqqında

İşçiyə qoyulan tələblər:

  • Ali təhsil (standartlaşdırma və qida sənayesi üzrə təhsil üstünlükdür);
  • İstehsalat sahəsində keyfiyyətə nəzarət üzrə 1–2 il iş təcrübəsi;
  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
  • Əməyin mühafizəsi qaydaları barədə ilkin biliklərə sahib olmaq;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri

  • İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə və müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
  • İstehsal prosesində keyfiyyət və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasını yoxlamaq;
  • İstehsala daxil olan xammal və materialların keyfiyyətini, müşayiətedici sənədlərini və müvafiq tələblərə uyğunluğunu yoxlamaq;
  • Hazır məhsulların saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;
  • Anbarlarda hazır məhsulların keyfiyyət vəziyyətini mütəmadi yoxlamaq;
  • İstehsal prosesinə dair keyfiyyət qeydiyyat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək;
  • Aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aidiyyəti rəhbərliyə məlumat vermək;
  • Məhsullar üzrə keyfiyyət sənədlərinin hazırlanmasında və tələb olunduqda keyfiyyət vəsiqələrinin təqdim edilməsində iştirak etmək;
  • Keyfiyyət problemlərinin təkrarlanmaması üçün müvafiq təkliflər vermək.

İş şəraiti

  • Əməkhaqqı: 600–700 AZN;
  • İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiyalar