O

OBA marketlər şəbəkəsi

Son tarix: 24 Sentyabr 2026

Böyük mütəxəssis proqramçı

İnformasiya TexnologiyalarıBakıTam Ştat24 Avqust 202666

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Şirkətin əsas informasiya sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi, yeni modulların və funksionallıqların hazırlanması və mövcud həllərin optimallaşdırılmasını təmin etmək;
  • Biznes tələblərini texniki həllərə çevirmək, proqram təminatının arxitekturasını, komponentlərini və inteqrasiya mexanizmlərini layihələndirmək və inkişaf etdirmək;
  • Backend proqram təminatının hazırlanması, mövcud tətbiqlərin inkişaf etdirilməsi və performans göstəricilərinin optimallaşdırılmasını həyata keçirmək;
  • Sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi məqsədilə REST API-lərin hazırlanması, inteqrasiyası və dəstəklənməsini həyata keçirmək;
  • Şirkətin daxili sistemləri, mobil və veb tətbiqlər, ERP və digər korporativ platformalar arasında inteqrasiyaların qurulması və dayanıqlı fəaliyyətinin təmin edilməsində iştirak etmək;
  • CI/CD proseslərinin qurulması və təkmilləşdirilməsi, proqram təminatının test və production mühitlərinə etibarlı şəkildə çıxarılmasını təmin etmə

Tələblər

  • Ali təhsil — Kompüter elmləri, İnformasiya texnologiyaları və ya müvafiq sahə
  • Proqram təminatının işlənməsi üzrə ən azı 5 il təcrübə
  • Backend proqramlaşdırma (C#/.NET və ya müvafiq texnologiya stack-i)
  • Relyasion verilənlər bazaları və SQL üzrə güclü bilik (MS SQL Server)
  • REST API və sistemlərarası inteqrasiya təcrübəsi
  • Versiya idarəetmə və CI/CD alətləri (Git / Azure DevOps)
  • Mobil və/və ya veb tətbiqlərin arxitekturası barədə anlayış
  • Yüksək əlçatanlıqlı (high-availability), canlı sistemlərlə iş bacarığı
  • Retail sistemləri üzrə təcrübə üstünlükdür

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Servis ximdəti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar